PAY Group resepşn axtarır

İşəgötürən: PAY Group
Vakansiya: Resepşn
Son tarix: 14 iyul 2022
Vəzifə üzrə əsas öhdəliklər:
-Şirkətə daxil olan zənglərin cavablandırılması və təyinatı üzrə istiqamətləndirməsi.
-Şirkətə gələn müştərilərin və qonaqların qarşılanması.
-Bütün müştərilərə/qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmətin, nəzakətli davranışın, gülərüzlü qarşılamanın, diqqətin və yardımın göstərilməsinin təmin edilməsi.
-Qonaqların və müştərilərin gəlişi barədə onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara və müştərilərə onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində məlumat vermək.
-Rəhbərlik və şirkət əməkdaşlarının müəyyən olunmuş işlərinə dəstək olmaq.
-Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır.
-Əmək və nizam-intizam qaydalarına riayət etməlidir.
-Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etməli.
-İşinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı.
Vəzifə üzrə əsas tələblər:
-Ali təhsil və ya vəzifə üzrə orta ixtisas təhsili.
-Müvafiq vəzifə üzrə 1-3 il iş təcrübəsi.
-Azərbaycan və rus dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
-Mükəmməl əlaqə qurmaq və ünsiyyət bacarıqları.
-Komandada işləmək qabiliyyətinə malik olmaq.
-Fəal, yeniliyə can atan, eyni zamanda “Bacararam” münasibəti nümayiş etdirməlidir.
-25-35 yaşlarında, səliqəli xarici görünüşə, gülərüz ünsiyyətə və etika qaydalarına riayət etmə bacarıqlarına malik olan xanım namizəd olmalıdır.
İş şəraiti:
-İş qrafiki: Həftənin 6 günü, 10:00-dan 19:00-dək
-Bazar qeyri iş günüdür
-Nahar şirkət tərəfindən təmin olunur
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 5 saat, 47 dəq
- 4 gün, 9 saat, 49 dəq
- 4 gün, 15 saat, 30 dəq
- 4 gün, 15 saat, 34 dəq
- 4 gün, 15 saat, 40 dəq