PASHA Insurance satış üzrə assistent axtarır (Zaqatala nümayəndəliyi)
İşəgötürən: PASHA Insurance
Vakansiya: Satış üzrə assistent (Zaqatala nümayəndəliyi)
Son tarix: 24 iyun 2022
Vəzi̇fə və Öhdəli̇klər:
-Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
-Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi
-Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi
-Fərdi və bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması
-Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
-Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi
Bi̇li̇klər:
-Ali təhsil – Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
-Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək
Təcrübə:
-Satış sahəsində müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir
Bacarıqlar:
-Ünsiyyət qurmaq bacarığı
-Dəqiqlik
-Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
-Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
-Komanda ilə işləmək bacarığı
-Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
Son müraciət tarixi: 24 iyun 2022.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
21 saat, 50 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
22 saat, 46 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 2 gün, 19 saat, 28 dəq
- 2 gün, 19 saat, 31 dəq
- 2 gün, 20 saat, 7 dəq