PASHA Bank qarşılama və satış üzrə assistent axtarır

İşəgötürən: PASHA Bank
Vakansiya: Qarşılama və Satış üzrə Assistent
Son tarix: 01 sentyabr 2022
İşiniz nədən ibarətdir?
-Müştəriyə filial daxilində yüksək səviyyədə xidmət göstərilməsi;
-Həm bankdaxili, həm də xarici müştərilərin müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
-Müştəri loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması;
-Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmət və məhsullarla əlaqəli müvafiq tədbirlərin görülməsi;
-Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində və yüksək səviyyədə icrası;
-Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
-Bank məhsulları üçün çarpaz satışın dəstəklənməsi;
-Şöbə və qrup rəhbərləri tərəfindən təyin olunmuş tapşırıq və layihələrin planlaşdırılması;
-Satış şöbəsi əməkdaşlarının görüşlərinin koordinasiyası;
-Şöbə daxili görüşlərdə müvafiq qeydiyyatların aparılması və lazımi əməkdaşlara ötürülməsi;
-Bank standartlarına uyğun məktubların hazırlanması, filialla əlaqəli məktubların qəbulu və göndərilməsi;
-Müştəri şikayətlərinin vaxtında aşkarlanması və müvafiq struktur bölmələrə qeydiyyatının təqdim edilməsi;
-Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət;
-Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.
Sizdən nə tələb olunur?
-Təhsil: İqtisadiyyat və ya müvafiq sahədə Bakalavr təhsili
-İş təcrübəsi: Müvafiq sahədə minimum 0-1 il
-Dil bilikləri: İngilis dili (orta), Rus dili (əla), Azərbaycan dili (əla)
-Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
-Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və proseslər, bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
-Digər: Hesabat hazırlama, güclü ünsiyyət, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Qarşılama və Satış üzrə Assistent” qeyd edərək göndərməyiniz xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 47 dəq
-
1 ay, 3 həftə, 6 gün, 20 saat, 18 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 4 saat, 16 dəq
- 2 ay, 5 gün, 4 saat, 6 dəq
- 2 ay, 5 gün, 4 saat, 9 dəq