PASHA Bank müştəri meneceri assistenti axtarır

İşəgötürən: PASHA Bank
Vakansiya: Müştəri Meneceri Assistenti
Son tarix: 19 oktyabr 2022
Vəzifənin məqsədi:
Kiçik və Orta Sahibkarlıq Bankçılığı seqmentinin inzibati dəstəyi, müqavilələrə nəzarəti, sifarişlərin emalı və sənədlərin hazırlanması.
Vəzifə öhdəlikləri:
-Müvafiq, daxili və xarici tənzimləmələrə uyğun olaraq işin bütün funksiyaların yerinə yetirilməsi
-Bankın daxili strukturları və Müştəri ilə müqavilə sənədlərinin hazırlanması və razılaşdırılması (Sənədlərin vaxtaşırı nəzarəti)
-Sazişlərin icnası prosesinin sürətləndirilməsi (lazımi təsdiqlərin, əlaqıli şöbələrin son tarixə rıayətinə nəzarəti)
-Bankın müştəri hesabları və kredit müqavilələrində nəzərdə tutulan digər qeyri-kredit məhsullarının (depozitlər, pul vəsaitlərinin daxil olması) miqdarı üzrə minimal kredit dövriyyəsinin tələblərə uyğunluğunu yoxlamaq
-Müştəri tələbinin yerinə yetirilməsinə nəzarət
-İnzibati dəstək (Xərclər hesabatının hazırlanması, Ezamiyyətlərin təşkili )
-Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
-Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
-Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək
-Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
-Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
-Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
Tələb olunan bilik, bacarıq və təcrübə:
-Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
-Tələb olunan iş təcrübəsi: 0-1 il
-Xarici dillər: İngilis, Rus
-Kompüter bilikləri: Microsoft Office
-Məhsul üzrə biliklər: Bank məhsulları
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 11 saat, 9 dəq
- 2 gün, 11 saat, 12 dəq
- 3 gün, 4 saat, 27 dəq
- 3 gün, 5 saat, 9 dəq
- 3 gün, 5 saat, 11 dəq