Papa John’s Azərbaycan mühasib köməkçisi axtarır

Köməkçi/Assistent


İşəgötürən: Papa John’s Azərbaycan

Vakansiya: Mühasib köməkçisi

Son tarix: 07 iyul 2023

Tələblər:

-Qeyd edilən sahədə iş təcrübəsi minimum 2 il.

-Maliyyə, Mühasibat uçotu üzrə ali təhsil.

-Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti.

-E-gov.az, e-taxes.gov.az və digər aidiyyətı üzrə portallarda işləmə bacarığı.

-Azərbaycan və Rus dillərini səlis bilmək, İngilis dilini bilməsi arzuolunandır.

Öhdəliklər:

-Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili.

-Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi.

-Gündəlik və aylıq hesabatların tərtib edilməsi.

-Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması. 

-Əmək haqqı hesablanması və uçotunun aparılması.

-Bütün aparılmış əməliyyatların Maliyyə / Mühasibatlıq uçot proqramında (1C) yoxlanılması və izlənilməsi. 

-Debitor və kreditor hesablaşmalarına nəzarət edilməsi.

-Xidməti Müqavilə (VÖEN) ilə çalışan işçilərin sənədləşmə işinin təşkili.

-Maliyyə menecer tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.

İş Şərtləri:

-Ə/H namizədin təcrübəsinə əsasən dəyişiləcəkdir.

-5 günlük iş həftəsi (saat 10:00-19:00)

-Rabitə xərcləri şirkət tərəfindən ödənilir.

-İş yeri şəhərin mərkəzində yerləşir.

-İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Mühasib köməkçisi” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]