Optika məsləhətçisi axtarılır (Bakı mərkəzi, bakı kəndləri, Xırdalan)

Optik


-İşəgötürən:  “Fokus Optika MMC”

 -Vakansiya: OPTİKA MƏSLƏHƏTÇİSİ (BAKI KƏNDLƏRİ,XIRDALAN,BAKI MƏRKƏZ)

 – Maaş : 400-700 AZN

-Şəhər- Bakı

-Yaş- 25 – 45 yaş

-Təhsil- –

-İş təcrübəsi- 1 ildən 3 ilə qədər

-Elanın tarixi- May 17, 2022

-Bitmə tarixi- İyun 16, 2022

-Əlaqədar şəxs- Aynura x

-E-mail- [email protected]

İş barədə məlumat

Focus Optika Bakı şəhəri və ətrafı kəndlər, Xırdalan, Sumqayıt, Şəmkir, Qəbələ və Gəncə şəhərlərində fəaliyyət göstərən Azərbaycanın ən böyük optik şəbəkəsidir. Əsas məqsədimiz insanları göz sağlamlığı mövzusunda doğru istiqamətləndirmək, mütəxəssis rəyinə uyğun olaraq onların ehtiyaclarını təmin etməkdir. Dəyərlərimizə sadiq qalaraq qabaqcıl “Free-Form” texnologiyası ilə hazırlanmış optik şüşələri, müasir çərçivələr və gün eynəklərini müştərilərə yüksək keyfiyyətlə təqdim edirik.

– Optik reseptə uyğun olaraq düzgün ölçü və dizayn ilə müştəriyə müvafiq məlumatların verilməsi
– Çərçivə və şüşələri seçməkdə müştəriyə köməklik edilməsi
– Linzaların spesifikasiyalara uyğun olmasının təmin edilməsi
– Şüşələrin sifarişləri üçün müvafiq şöbəyə müraciətlərin edilməsi
– Müştərilərin iş sifarişlərinin, reseptlərinin və ödənişlərinin qeydinin aparılması

Biz Sizə təklif edirik:
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– Həftədə 6 iş günü, 1 gün istirahət
– Karyera yüksəlişi imkanı
– Ödənişsiz təlimlər
– Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq
Qeyd: İlkin müsahibədən seçilən namizədlər peşəkar təlimlərdən sonra işlə təmin olunacaqlar.

Vakansiya hazırda Bakı, 20-ci sahə, Bakı kəndləri,Xırdalan, Sumqayıt üçün keçərlidir.

Namizədə tələblər

– Təhsil -Orta
– Satış təcrübəsi arzu olunandır
– Yüksək ünsiyyətqurma qabiliyyəti
– Məhsulları təqdim etmə bacarığı

Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində “Optika məsləhətçisi” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]