Norm sement zavodu “ofis işləri üzrə köməkçi” axtarır
“Norm Sement” zavoduna ofis işləri üzrə köməkçi tələb olunur.
İş yeri: Şəhər ofisi
Tələblər:
– Ali bakalavr təhsili
-Əlaqədar sahədə 1-2 il iş təcrübəsi
– İngilis dilinin orta səviyyədə biliyi
– MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı
Əsas vəzifə və öhdəliklər:
– Şirkətə gələn ziyarətçi və qonaqları salamlayır, onlara yardım edir və yönləndirir
– Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul edir, yönləndirir, tələb olunduqda qeydlər aparır və aidiyyati şəxslərə çatdırır
– Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması
– Şirkət tərəfindən bağlandığı müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi
– Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi
– Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
CV-lərin təqdim olunması üçün son tarix: 05.08.22
Vakansiyalar
- 2 saat, 22 dəq
-
18 saat, 38 dəq
Leading Online Casinos Australia: Highly Regarded Real Money Gaming Sites 2024
- 21 saat, 25 dəq
- 22 saat, 49 dəq
-
1 gün, 10 dəq
Mastering Live Roulette Online Australia: A Comprehensive Guide