Norm OJSC ofis işləri üzrə köməkçi axtarır

İşəgötürən: Norm OJSC
Vakansiya: Ofis işləri üzrə köməkçi
Son tarix: 06 avqust 2022
İş yeri: Şəhər ofisi
Tələblər:
-Ali bakalavr təhsili
-Əlaqədar sahədə 1-2 il iş təcrübəsi
-İngilis dilinin orta səviyyədə biliyi
-MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı
Tələb olunan kompetensiyalar:
-Müştəriyönümlülük
-Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
-Bütövlük
-Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
-Şirkətə gələn ziyarətçi və qonaqları salamlayır, onlara yardım edir və yönləndirir
-Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul edir, yönləndirir, tələb olunduqda qeydlər aparır və aidiyyati şəxslərə çatdırır
-Karğüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması
-Şirkət tərəfindən bağlandığı müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi
-Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi
-Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
CV-lərin təqdim olunması üçün son tarix: 05.08.22.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 7 saat, 34 dəq
-
2 ay, 4 gün, 3 saat, 5 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 11 saat, 3 dəq
- 2 ay, 1 həftə, 5 gün, 10 saat, 53 dəq
- 2 ay, 1 həftə, 5 gün, 10 saat, 56 dəq