Nəqliyyat üzrə dispetçer tələb olunur

Digər

vakansiya qadinisci


 “Fresh Logistics” MMC  Nəqliyyat üzrə Dispetçer vakansiyasını elan edib.

 Nəqliyyat dispetçerinin vəzifələri
1.1. Səfər öncəsi baş mexaniklə birlikdə yük avtomobilini sürücüyə təhvil verilməsi;
1.2.  Yükün təyinat yerinə vaxtında çatmasını təmin etmək üçün yük avtomobilinin  izlənilməsi;
1.3.  Sifarişlərin düzgün doldurulmasını təmin etmək üçün mühasibat, satış və ya planlama kimi digər şöbələrlə əlaqələndirməsi;
1.4.  Planlama şöbəsi ilə əlaqə saxlamaq, onları gecikmələr, daşınma zamanı problemlər və ya daşınma zamanı yarana biləcək digər məsələlər barədə məlumatlandırmaq;
1.5.  Bütün yüklərin düzgün yüklənməsi, daşınması və boşaldılması qaydalarına dair reys öncəsi sürücülərin təlimatlandırılması;
1.6. Hava şəraiti ilə bağlı monitorinqlər aparmaq, təhlükəli hava şəraiti haqqında səfərdə olan sürücüləri öncədən məlumatlandırmaq;
1.7. Yanacaq sərfiyyatına nəzarət etmək, fərlər yarandığı halda baş mexaniki məlumatlandırmaq;
1.8. Səfərboyu yaranmış plana daxil olmayan xərclərin səbəblərinin araşdırılıb uçotunun aparılması;
1.9.  İstismar qaydalarına dair reys öncəsi sürücüləri təlimatlandırmaq və baş vermis qayda pozuntularının aşkarlanması üçün mütəmadi monitorinqlər aparmaq;
1.10.  Sürücülərin fəaliyyətinə rəhbərlik etmək;
1.11.   Səfər ərzində yaranmış problemlərlə bağlı rəhbərliyi məlumatlandırmaq;
1.12. Reysdən dönən yük avtomobillərinə texniki baxış keçirilməsi üçün baş mexaniki öncədən məlumatlandırmaq;
1.13.  Reysdən dönən yük avtomobilininin sürücüdən təhvil alınması üçün baş mexaniklə birlikdə texnikaya baxış keçirmək;
1.14.  Aşkarlanmış uyğunsuzluqların səbəbinin müəyyənləşdirilməsi və dəymiş zərərin ödənilməsini təmin etmək üçün müvaviq sənədləşmə işini aparmaq.
 
  Nəqliyyat  dispetçerinə dair tələblər
2.1.  Təhsil: bakalavr dərəcəsi, nəqliyyat və logistika üzrə bakalavr dərəcəsi üstünlükdür
2.2. Təlim və Təcrübə: Müvafiq sahə üzrə 3 il rəsmi iş təcrübəsi
2.3. Mükəmməl ünsiyyət, sürücülərin idarəolunmasl və müştəri xidməti bacarıqları
2.4.  Vaxtın səmərəli idarəedilməsi
2.5.  Microsoft Office və dispetçer proqramlarında (GPS) işləmək bacarığı

İş şəraiti:

    – Həftə ərzində 5 günlük iş qrafiki
    – İş saatı: 09:00-18:00
     -Əmək haqqı: 600-800 AZN
    -Nahar və Servis şirkət tərəfindən qarşılanır
     – İş yeri: Bakı şəh., Ələsgər Qayıbov 11B

Maraqlanan namizədlər öz cv formalarını vakansiya adı qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]