Mountain Shop Azerbaijan satıcı-kassir axtarır

İşəgötürən: Mountain Shop Azerbaijan
Vakansiya: Satıcı-kassir
Son tarix: 09 iyul 2022
İş barədə məlumat:
Mountain Shop Azerbaijan dağçılıq sahəsində ölkənin ilk ixtisaslaşmış mağazasında satıcı-kassir vəzifəsinə işçi axtarılır. Fəaliyyətimiz dağçılıq, turizm və aktiv istirahət mallarının satışı və icarəsidir.
Namizəddən gözləntimiz:
-Ünsiyyətcil, təşəbbüskar, məsuliyyətli
-Təbiəti, dağları sevən, dağçılıq ləvazimatları barədə az da olsa biliyi olan
-Müştərilərlə işləmək qabiliyyəti
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
-İngilis dili biliyi yaxşı səviyyədə olmalı (əlavə Rus dili biliyi olanlara üstünlük veriləcək)
-Satış sahəsində təcrübə arzuolunandır
-POS-terminal və kassa ilə işləmə bacarığı əlavə üstünlükdür
Əmək müqaviləsi əsasında fəaliyyət
İş rejimi: 10:00 – 19:30 arası 6 iş günü, 1 gün istirahət (həftə içi)
Əmək haqqı: 300azn + bonuslar (100-200azn arası)
Vəzifə öhdəlikləri:
-Mağazaya daxil olan müştəriləri gülərüzlə salamlamaq
-Müştərilərə mallar haqqında ətraflı və doğru məlumat vermək
-Satış zamanı malın çeşidini, sayını, qiymətini yoxlamaq və satışa hazırlamaq
-Satış statistikanın aparılması
-Mağazada məhsulların düzülüşünə və səliqəliliyə nəzarət etmək
-Mağazanın təmizliyinə nəzarət etmək
-Malın üzərinə qiyməti yerləşdirmək, malları səliqəli şəkildə rəflərə düzmək, rəflərin təmizliyinə nəzarət etmək
-Mağazanın fəaliyyəti ilə bağlı təkliflər irəli sürmək
-Günün sonunda kassa hesabatını tərtib etmək
Müraciət üçün CV-nizi [email protected] elektron poçtuna göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 2 gün, 15 saat, 43 dəq
- 2 gün, 21 saat, 24 dəq
- 2 gün, 21 saat, 28 dəq
- 2 gün, 21 saat, 34 dəq
- 3 gün, 20 saat, 50 dəq