MKT İstehsalat Kommersiya MMC gözətçi axtarır

Digər

mktistehsalat pambiq


İşəgötürən: MKT İstehsalat Kommersiya MMC

Vakansiya: Gözətçi

Son tarix: 30 iyul 2022

Vəzifə öhdəlikləri:

-Xidmətə başlamadan öncə əvvəlki növbədəki əməkdaşdan obyektə aid açarları, qıfılları, möhürləri, sənədləri və digər texniki avadanlıqları təhvil almalı, baş vermiş hadisələr barədə məlumat almalıdır;

-Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında özünün birbaşa tabe olduğu rəhbərə xəbər verir və cəmiyyətdən aidiyyatı rəhbər personallər gələnə qədər izin qorunmasını təmin etmək;

-Obyekt əmlakının qorunmasını təşkil etməli, obyektə kənar şəxslərin daxil olmasının qarşısı almalıdır;

-Hüquq pozuntusunun qarşısının alınması və mühafizə olunan obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş tədbirlər barədə birbaşa tabe olduğu rəhbəri yazılı surətdə məlumatlandırmaq;

-Daxili iş qaydalarına uyğun olaraq müəssisə, idarə, təşkilatın girəcəyində xidmətdə olduğu zaman işçilərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə və təşkilatın ərazisinə lazımi sənədlər təqdim etdikdən sonra buraxılmasına və çıxışına nəzarət etmək;

-Obyektə gətirilən və ya çıxarılan qiymətli materialların qeydiyyatını aparmalı;

-Rəhbərliyin təyin etdiyi digər işləri icra edir.

Tələblər:

-İş təcrübəsi arzuolunandır

Səriştələr:

-Məsuliyyətli

-Etibarlılıq

-Dürüstlük

Əlavə məlumat:

-Əmək haqqı razılaşma əsasında; 

-İş qrafiki: Növbəli qrafik;

-İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;

-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

CV-nin göndərilməsi üçün link


©️ 2022

070 231 45 70

[email protected]