“Mətanət A” kargüzar axtarır

Digər


“Mətanət A” şirkəti Kargüzar vakansiyanı elan edir
İşin təsviri:
– Daxil olan və göndərilən sənədlərin qeydiyyatı. Imzaya verilməsi, aidiyyatı üzrə çatdırılması;
-Cədvəllərin hazırlanması, məktubların və ərizələrin yazılması;
– Layihələrin çap edilməsi;
– Dəqiq və məsuliyyətli çalışmalı
– Arxivləşdirmə, sənədlərin reyestrin düzgün təşkili
– Müqavilə, razılaşdırma protokolu, təhvil qəbul aktları və s. sənədlərin hazırlanması, satış menecerlərinə təhvil verilməsi, təhvil alınması və arxivləşdirilməsi
– Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi

İş şəraiti:
– İş saatı: 09-00-dan 18-00-dək
– Şənbə və Bazar günü istirahət;
– Nahar şirkət tərəfindən qarşılanır;
– İş yeri: Bakı şəhəri.

Əmək haqqı – Razılaşma yolu ilə.

Tələblər:
-Yaş həddi: 23- 40
– Təhsili: Ali təhsilli
– İş təcrübəsi: Minimum 2 il

Əlavə tələblər:
– Riyazi biliklər normal olmalı;
– Excell və Word proqramlarında işləmək bacarığı olmalı;
– Danışıq qabiliyyəti və fikrini ifadə etməyi bacarmalı;
– Analitik qabiliyyətə malik olmalı;
– Ünsiyyət yaratmaq bacarığı olmalı;
– İşə planlı yanaşmalı;
– Fikrini izah etmək qabiliyyəti olmalıdır.
Qeyd:
– İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
– Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Kargüzar ” sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]