Lizinq şirkəti “İnsan Resursları Şöbəsinin Rəhbəri” axtarır – MAAŞ 2500 MANATADƏK
“Prior Leasing” ASC “İnsan Resursları Şöbəsinin Rəhbəri” vakansiyasını elan edir!
Namizədə olan tələblər:
– Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
– İnsan resursları sahəsində təcrübə minimum 5 il;
– AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
– İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
– İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
– Dil bilikləri: İngilis və Rus dilləri üstünlükdür.
Vəzifə öhdəlikləri:
– Şöbə daxilində olan bölmələrin işlərinə nəzarət və işlərinin planlaşdırılması;
– Bütün şöbələr üçün işə qəbul planının hazırlanması və şöbə müdirləri ilə lazım olduqda düzəlişlərin edilməsi;
– Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi;
– İR Şöbəsinin illik planının həyata keçirilməsinin koordinasiyası və nəzarəti;
– Vakansiyalar üzrə müraciət etmiş namizədlərlə görüşlərin keçirilməsi;
– Əməkhaqqı və vəzifə dəyişiklikləri iə əlaqədar sorğuların ilkin cavablandırılması və təstiqə göndərilməsi;
– Əmək müfəttişliyindən daxil olan sorğuların cavablandırılması;
– Əməkdaşların peşəkar səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;
– Əməkdaşların məlumat bazasının hazırlanmasına və mütəmadi olaraq yenilənməsinə nəzarətin edilməsi;
– Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;
– Kargüzarlıq işlərinin təhlil olunması və idarə olunması.
İş şərtlərimiz:
– Əmək haqqı: 2500 AZN;
– İş qrafiki : Tam iş günü (5 gün);
– İş saatları: 08:30-17:30;
– Çalışacağınız ünvan: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə;
– Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları Şöbəsinin Rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 ay, 2 həftə, 10 saat, 42 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 11 saat, 37 dəq
- 7 ay, 2 həftə, 3 gün, 13 saat, 30 dəq
- 10 ay, 3 həftə, 1 gün, 8 saat, 15 dəq
-
11 ay, 3 gün, 3 saat, 46 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır