Kontakt Home kreditor axtarır (Qəbələ)

İşəgötürən: Kontakt Home
Vakansiya: Kreditor (Qəbələ)
Son tarix: 15 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Müştərilərə kredit məhsulları haqqında məlumatın verilməsi;
-Kredit müraciətlərinin qəbul və analiz edilməsi;
-Müştəri hesablarının aparılmasına dair xidmətlərin göstərilməsi;
-Daxil olan müraciətlərin vaxtında icra olunması və müvafiq sənədlərin tərtib olunması;
-Hissəvi satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumatın verilməsi;
-Müştəri və müqavilə məlumatlarının əməliyyat proqramına daxil edilməsi;
-Kredit portfelinə nəzarətin həyata keçirilməsi;
-Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
-Ali təhsil;
-Müvafiq sahə üzrə 1 il iş təcrübəsi arzu olunandır;
-Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
-Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı);
-Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
-Riyazi hesablama aparmaq qabiliyyəti;
-Ünsiyyətcillik, təşəbbüskarlıq;
-Komandada işləmək bacarığı;
-Mükəmməl kommunikasiya qabiliyyəti;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
İş şəraiti:
-İş günləri: 6 gün iş, 1 gün istirahət;
-Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 1 gün, 22 saat, 58 dəq
- 1 gün, 23 saat
- 1 gün, 23 saat, 2 dəq
- 1 gün, 23 saat, 5 dəq
- 1 gün, 23 saat, 9 dəq