Kapital Bank informasiya təhlükəsizliyi strategiyası və risklərin idarə edilməsi şöbəsinin rəisi axtarır

İşəgötürən: Kapital Bank
Vakansiya: İnformasiya təhlükəsizliyi strategiyası və risklərin idarə edilməsi şöbəsinin rəisi
Son tarix: 13 oktyabr 2022
Öhdəliklər:
-Bankın İT və informasiya təhlükəsizliyi sahəsində risklərin aşkarlanması və qabaqlayıcı tədbirlərin müəyyən edilməsi üçün müvafiq yanaşmanı tətbiq etmək;
-Bank üzrə İT və İnformasiya Təhlükəsizliyi risklərinin idarə edilməsi təşkili və inkişaf etdirmək.
-İT və informasiya təhlükəsizliyi sahəsində olan uyğunsuzluqları müəyyən etmək məqsədilə yoxlamaların həyata keçirilməsinin təmin etmək;
-Bank əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi istiqamətində tədbirlərinin həyata keçirilməsini təmin etmək;
-İnformasiya Təhlükəsizliyi üzrə requlyator tələblərinin və beynəlxalq təcrübələrin tətbiq olunması üzrə tədbirləri həyata keçirmək.
-İnformasiya təhlükəsizliyi üzrə müəssisədaxili normativ sənədlərin hazırlanmasında iştirak etmək;
-İnformasiya Təhlükəsizliyi İdarə Edilməsi Sisteminin təkmilləşdirməsi işin təşkil edilməsi
-Sahə üzrə inkişaf planı və strategiyaların hazırlanması üçün təkliflər vermək İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün nəzarət mexanizmlərinin qurulmasını təmin etmək.
-Daxili və xarici auditorlarla koordinasiyalı işin təşkili;
Tələblər:
-İnformasiya təhlükəsizliyi və İT sahəsi üzrə ali təhsil (magistr dərəcəsinə üstünlük veriləcək);
-İnformasiya Təhlükəsizliyi, İT, Əməliyyat riskləri və ya digər əlaqəli sahə üzrə minimum 5 il;
-ISO 27001, NIST, COBIT, ITIL və s kimi standardlar haqqında praktiki biliklərin olması; CISSP, CISA, CISM, ISO 27001, CRISC kimi sertifikatları olanlara üstünlük verilir; Nəzarət etmək, qərar vermək, nəticəyə yönəlmək bacarıqları;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
Vakansiyalar
-
2 gün, 3 saat, 36 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 6 saat, 35 dəq
-
2 gün, 6 saat, 36 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 6 saat, 39 dəq
- 2 gün, 6 saat, 41 dəq