“İnsan resursları şöbəsinin rəisi” tələb olunur

İşəgötütən – Azenco JSC
Vəzifə – İnsan resursları şöbəsinin rəisi
Vəzifə öhdəlikləri:
-İşçi fəaliyyətinin dəyərləndirməsi sistemini yaratmaq və sistemin idarəolunmasına nəzarət etmək;
-İnsan resursları siyasətləri, sistemləri və prosedurlarını hazırlamaq və müntəzəm olaraq təkmilləşdirmək;
-Şirkət heyətinin təlim ehtiyaclarını müəyyən etmək və təlim ehtiyaclarını təmin etmək üçün
müvafiq təlim mənbələri vasitəsi ilə illik təlim planlarını yaratmaq və icra etmək;
-İşçi seçimi proseslərinin mövcud siyasətlərə uyğun olaraq idarə etmək və işə qəbul prosesinin vaxtında tamamlanmasını təmin etmək;
-Yeni işçilərin şirkətin mədəniyyət və sistemlərinə uyğunlaşmasını asanlaşdırmaq məqsədi ilə -İstiqamətləndirmə proqramını yaratmaq və həyata keçirilməsi prosesinə nəzarət etmək;
-Aylıq tabellərin hazırlanmasını və təsdiqlənməsini təmin etmək;
-İşçi fəaliyyətinin qiymətləndirilməsini vaxtında və qoyulmuş prosedurlara uyğun tamamlanmasına nəzarət etmək;
-Yerli qanunvericilik və və daxili qaydalara əsasən insan resursları proseslərinə aid bütün sorğuların düzgün və vaxtında cavablandırmasını təmin etmək.
-Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron -informasiya sisteminə (ƏMAS) vaxtında daxil edilməsini təmin etmək;
-Əmək kitabçalarının əmrlər əsasında doldurulmasını və saxlanılmasını təmin etmək;
-İşə qəbul edilən işçilərin müqavilələrinin , şəxsi işlərinin hazırlanmasını və vaxtında imzalanmasını təmin etmək;
-İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsini təmin etmək;
-Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin
-Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotununun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadəsinə nəzarət edilməsi, içilərə illik məzuniyyətlərin verilməsini təmin etmək;
-İşçilərin işdən çıxış prosesinin Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət edilməklə aparılmasını təmin etmək;
-Miqrasiya sənədlərinin hazırlanmasını, iş və yaşama icazələrinin alınmasını təmin etmək;
Tələblər:
-İR sahəsi üzrə Beynəlxalq sertifikatlar arzuolunandır;
-KPİ sisteminin tətbiqi bacarığı;
-İnsan resurlsları sahəsi üzrə ən azı 3 il peşəkar təcrübə;
-İş və proseslərin təşkili üzrə təcrübə/bacarıq;
-Təhlil etmə və təşkilatçılıq bacarıqları;
-Güclü ünsiyyət bacarığı, müxtəlif tərəflər qrupuna təsir etmək bacarığı;
-MS Office programları üzrə biliklər;
-Azərbaycan və ingilis dillərində səlis danışmaq bacarığı, rus dili arzuolunandır
İş şəraiti:
-İstirahət günləri: Şənbə və Bazar;
-Əmək haqqı müsahibə əsasında razılaşdırılır
Vakansiyanın adını qeyd edərək e-mail adresinə [email protected] göndərə bilərsiniz.
Vakansiyalar
- 4 gün, 3 saat, 10 dəq
- 4 gün, 8 saat, 51 dəq
- 4 gün, 8 saat, 55 dəq
- 4 gün, 9 saat, 1 dəq
- 5 gün, 8 saat, 17 dəq