İnşaat mallarını satan şirkət xadimə, kassir, satış məsləhətçisi axtarır

Kassir


-İşəgötürən: ” OMİD MMC”

 -Vakansiya: XADİMƏ (MƏRDƏKAN)

– Maaş : 350-400 +Bonus

Şəhər- Bakı

-Yaş- 30 – 50 yaş

-Təhsil- Orta

-İş təcrübəsi- 1 ildən 3 ilə qədər

-Elanın tarixi- Aprel 12, 2022

-Bitmə tarixi- May 12, 2022

-Əlaqədar şəxs- Səxavət Veysəlzadə

-Telefon

(055) 500-91-00
(012) 564-77-93

-E-mail- [email protected]

İş barədə məlumat

– İşin başlanmasına ən azı on beş dəqiqə qalmış mağazada olmalıdır
– İş günü ərzində mağazanın təmizliyinin və səliqəsinin tələb olunan vəziyyətdə olmasını təmin etməlidir
– Vitrin və rəflərin təmizliyinə nəzarət etməli, təmizləməlidir
– İstirahət (çay, yemək) vaxtı da daxil olmaqla iş yerini ancaq mağaza müdiri və müdir müavininin icazəsi ilə tərk edə bilər
– Gülərüz, mehriban olmalı, alıcılarların ticarət zalında sərbəst hərəkətinə mane olmamalıdır
– Mağazanın gündəlik təmizliyini və səliqə – səhmanını lazımi səviyyədə saxlamalı, hər gün mağazanın açılışına qədər ticarət zalını və digər inzibati əraziləri, ticarət zalında və ofis hissəsində olan sanitar qovşaqları təmizləməli və havasını dəyişməlidir
– Təsdiqlənmiş qrafik əsasında sanitar qovşaqların və ticarət zalının təmizliyini yoxlamalı və təmizliklə bağlı aşkar olunan çatışmazlıqları aradan qaldırmalıdır
– İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşü və şəxsi gigiyenasına fikir verməlidir
– Rəhbərliyin əmr və göstərişlərini vaxtında, dəqiq yerinə yetirməlidir
– İş gününün sonunda mağaza ərazisini təmiz təhvil verməlidir

İş qrafiki:
– 09:00-dan 18:00-dək
– Həftə içi 6 gün
– 1 gün istirahət
– Əməkhaqqı: 350-400 +Bonus
– Nahar şirkət tərəfindən verilir
– AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə

Namizədə tələblər

– Yaş həddi: 30-50
– Mağazanın təmizlik normalarını
– Təmizlik vasitələrindən və avadanlıqlarından istifadə qaydalarını
– Davranış etikasını
– Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını
– Qəza halları zamanı fəaliyyətlərini
– Daxili nizam – intizam qaydalarını bilməlidir

Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”lərini mövzu yerində “Mərdəkan Xadimə” yazaraq c[email protected] ünvanına göndərmələri və ya N.Nərimanov rayonu, Ə.Rəcəbli 184 ünvanında yerləşən baş ofisə gəlmələri xahiş olunur.

2.  -Vakansiya: SATIŞ MƏSLƏHƏTÇİSİ

İş haqqında məlumat:
– Şöbənin fasiləsiz satış işini təmin etməlidir;
– Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır
– Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir
– Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır
– Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir;
– Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
– Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır;
– Anbardan malları qəbul edərkən onların tamlığına ,qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir;
– İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır.

Namizədə tələblər:

– Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
– Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan);
– Orta və ya ali təhsil;
– Elementar riyazi hesablamaları;
– Satış texnikası və prinsiplərini;
– İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”lərini mövzu yerində “Satış məsləhətçisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Telefon: (055) 500-91-00
(012) 564-77-93
E-mail: [email protected]

3.  -Vakansiya: KASSİR
İş haqqında məlumat:
– Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir;
– Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir;
– Alıcılara kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir;
– Kassa zonasını təmiz və səliqəli saxlamalıdır;
– Alıcıların ödədikləri pul vəsaitlərinin nəzarət – kassa aparatlarında düzgün əks olunması və yığılmasını həyata keçirməlidir;
– Nəzarət kassa aparatının göstəricilərinə əsasən məbləği aydın şəkildə alıcıya söyləməli və ödənişi alıcıdan qəbul etməlidir;
– Pulun qalığını kassa çeki ilə birlikdə alıcıya verməlidir;
– Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır;
– Ona təhkim olunan kassa ətrafı satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
– Kassa növbəsinin sonunda kassadakı pulları hesabat əsasında mağazanın baş inzibatçısı və ya köməkçisinə təhvil verməlidir;
– İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartı daim üzərində görünəcək şəkildə olmalıdır.

Namizədə tələblər:
– Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
– Orta və ya ali təhsil;
– Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan);
– Pul vəsaitlərinin qəbulu, verilməsi və saxlanması qaydalarını;
– Satış texnikası və prinsiplərini, davranış etikasını;
– Nəzarət – kassa aparatlarının istismarı qaydalarını;
– Mağazanın təşkilati strukturunu;
– Alıcılara keyfiyyətli xidmət standartlarını;
– Kassada istifadə olunan mövcud proqramı kassa səviyyəsində bilməlidir.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”lərini mövzu yerində “Kassir” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Telefon: (055) 500-91-00
(012) 564-77-93
E-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]