Halal – P kassir axtarır

İşəgötürən: Halal – P
Vakansiya: Kassir
Son tarix: 06 iyul 2022
İşin təsviri:
-Müştərilərə etiket qaydalarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək
-Müştərilərdən nağd ödənişləri qəbul etmək və pos-terminal vasitəsilə qeyri-nəğd ödənişləri həyata keçirmək
-Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal çeklərini aidiyyatı üzrə yığıb saxlamaq
-Sənədlərin qorunub saxlanmasını təmin etmək
-Kassa aparatı və kassa proqramları ilə işləmə bacarığı
Tələblər:
-Ali təhsil
-Bu sahədə ən azı 1 il iş təcrübəsi
-Riyazi bilik
-Microsoft proqramları biliyi (Word, Excel)
-1C proqramı biliyi
Bacarıqların:
-Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı
-Dürüstlük, dəqiqlik və məsuliyyətlilik
-Komandada işləmə bacarığı
-Rus dili biliyi
Dəyərlərimiz:
-İnkişaf və davamlı öyrənmək istəyi
-Qayğı göstərmək və kömək etmək istəyi
-Dürüstlük və ədalətli mübadilə
Seçim bir neçə mərhələdə aparılır:
-CV – bənzər bir təcrübənin varlığına baxırıq
-Doldurulmuş anket forması – cavab sürətinə və anketin məzmununa baxırıq
-Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
-Rəhbərlə müsahibə
Şərtlər:
-Iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;
Əmək haqqı: 500 AZN + bonus
CV-zi vakansiyanın adını qeyd etməklə göndərməyi unutmayın.
Bizimlə iş şən və perspektivlidir!
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 6 saat, 56 dəq
- 2 gün, 6 saat, 59 dəq
- 3 gün, 14 dəq
- 3 gün, 56 dəq
- 3 gün, 58 dəq