Group Motors servis üzrə məsləhətçi axtarır

İşəgötürən: Group Motors
Vakansiya: Servis üzrə məsləhətçi
Son tarix: 21 avqust 2022
Vəzifə öhdəliklər:
-Müştəriləri cəld və gülərüz qarşılamaq;
-Müştərilərə professional xidmət göstərmək;
-Ənənəvi və elmi yolla hərəkət edərək müştərilərin razılığına və loyallığına nail olmaq;
-Müştərinin tələb və suallarını diqqətlə dinləmək və xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və lazımi xidmət göstərmək;
-Xidmət/ehtiyat hissələrinin qiymətini hesablamaq və işlərin tamamlanma vaxtını bildirmək;
-Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək;
-Bütün açılan iş kartlarını dəqiq məlumatlarla tamamladıqdan sonra və ya əlavə işlər/ehtiyat hissələri tələb olunarsa, iş kartında dəyişiklik edərək vaxtında Müştərinin yazılı təsdiqini (imza nəzərdə tutulur) almaq;
-Hər bir tamamlanmış iş kartında yerinə yetirilmə vaxtını, qiymətlərin dəqiqliyini və məlumat aydınlığını yoxlamaq;
-Xidmət satışları üzrə qoyulmuş hədəflərə nail olmaq və ya üstün gəlmək;
-Təkrar müştəriləri müyyənləşdirməq və onlara uyğun olaraq davranmaq;
-Müştərilərlə əlaqə saxlayaraq onlara təyinat sistemi və növbəti dövri xidmət barədə qeydləri xatırlatmaq;
-Zənglərə tez və dəqiq cavab vermək və hər bir zəng vuran şəxsin razı qalmasına səy göstərmək;
-Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.
Namizədlərə tələblər:
-Yaş: 25-40;
-Texniki sahədə ali təhsil;
-Avtomobil sahəsində iş təcrübəsi (min. 1 il);
-MS Office proqramlarında işləmə bacarığı;
-Rus və ingilis dillərinin bilməsi üstünlükdür;
-Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
-Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
-Stres altında işləmə qabiliyyəti;
-Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
-Fəal və işə planlı yanaşma;
-Qərarvermə qabiliyyəti.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Servis üzrə məsləhətçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 15 saat, 22 dəq
-
1 ay, 3 həftə, 2 gün, 10 saat, 53 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 18 saat, 51 dəq
- 2 ay, 1 gün, 18 saat, 41 dəq
- 2 ay, 1 gün, 18 saat, 44 dəq