Grand Motors Company “Master konsultant” axtarır
Grand Motors Company şirkətində “Master konsultant” vakansiyası üzrə peşəkarların axtarılır.
Namizədə olan tələblər:
– Texniki xidmət sahəsində 2 il təcrübə ( kənd təsərrüfatı və inşaat texnikalarının təmiri sahəsində biliklərin olması);
– 1C proqramı ilə işləmə bacarığı arzuolunandır;
– Zərurət olduğu halda, ezamiyyətlərə getməyə hazır olmalı;
– MS Office proqramları ilə işləmə bacarığı, əsasən də MS Outlook-la.
Vəzifə öhdəlikləri:
– Mütəxəssislər tərəfindən yönləndirilən müştəri sorğularının cavablandırılması və ilkin diaqnozun qoyulması;
-Müştəri tarixçəsinin yoxlanılması;
– Təmir sifarişlərinin qəbul edilməsi, qiymət təkliflərinin hazırlanması və xidmət müddətinin hesablanması;
– Müştəri müraciətlərinə əsasən, qiymət təkliflərinin verilməsi;
– Təmir müddəti, xərclər və müayinə zamanı yaranmış əlavə xərclər ilə bağlı müştərinin məlumatlandırılması və razılaşdırılması;
– Gündəlik olaraq, servis rəhbəri ilə sifarişlərə baxışın keçirilməsi və mobil xidmətin fəaliyyətinin planlamasının həyata keçirilməsi;
– Müştərinin tələbinə əsasən, ehtiyat hissəsinin anbardaki mövcudluğunun yoxlanılması, zərurət olduqda sifariş edilməsi üçün müvafiq şöbəyə məlumatların ötürülməsi;
– Texniki xidmətin göstərilməsi prosesinə nəzarət edilməsi.
İş şərtlərimiz:
– Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
– 6 günlük iş qrafiki (növbəli);
– İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, Neptun marketlə üzbəüz;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Master-Konsultant” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 11 saat, 16 dəq
- 11 saat, 45 dəq
-
11 saat, 46 dəq
По какому принципу работают механизмы рекомендаций материалов
- 11 saat, 46 dəq
- 11 saat, 46 dəq