“FINCA Azərbaycan” işçi axtarır

Köməkçi/Assistent

finca vakansiya


“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Mərkəzləşdirilmiş Məlumat İdarəedilməsi üzrə İşçi vəzifəsini elan edir.

İş yeri: Baş ofis

Vəzifə: Mərkəzləşdirilmiş Məlumat İdarəedilməsi üzrə İşçi

Vəzifənin əsas öhdəlikləri hansılardır?

-Kredit Portfeli/Kreditvermə əməliyyatlarının icrası: ərizələrin işlənməsi, daxil olan sənədlərin müəyyən edilmiş siyasət və qaydalara uyğunluğunun/düzgün hazırlanmasının təmin edilməsi və nəzarəti

-Müştəri Hesabları əməliyyatlarının icrası: yeni hesabların sistemə daxil edilməsi, mövcud hesabların təkmilləşdirilməsini və doğruluğunun/dəqiqliyininin təmin edilməsi

 Namizəddən gözləntilərimiz

Təhsil və Təcrübə:

-Təhsil: Ali/Bakalavr istənilən sahədə (üstünlük kimi dəyərləndiriləcək) və ya Kollec səviyyəsində

-İş Təcrübəsi: minimum 1 il iş təcrübəsi istənilən sahədə, lakin Müştəri Əlaqələri, Marketinq və Maliyyə sahələri üstünlük kimi dəyərləndiriləcək

-Ümumi kreditvermə proses və prosedurları haqqında biliklər (üstünlük kimi dəyərləndiriləcək)

-İnformasiya Sistemlərinin İdarəedilməsi üzrə təcrübə (üstünlük kimi dəyərləndiriləcək)

 Bacarıqlar:

-Ünsiyyət bacarıqları (yüksək səviyyədə): fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq, daxili müştərilər ilə danışıqların aparılması təcrübəsi

-Analitik Düşüncə bacarığı

-Vaxtı İdarəetmə bacarığı

-Komanda ilə işləmək bacarığı

Digər Bilik və Bacarıqlar:

-Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq qabiliyyəti, İngilis dilini bilmək üstünlük kimi dəyərləndiriləcək

-MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və çapetmə bacarığı

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün bu linkə daxil olaraq “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın,  23 İyun, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]