Elektron mağazaları şəbəkəsinə “İnsan Resursları üzrə Aparıcı mütəxəssis” tələb olunur

Digər

vakansiya hr


ABV  şirkəti “İnsan Resursları üzrə Aparıcı mütəxəssis” vakansiyasını elan edir.

Vəzifə_öhdəlikləri: 
-Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq;
-Şirkət əməkdaşlarının təlim ehtiyaclarını müəyyən etmək, təlim inkişaf planını təşkil etmək;
-Şirkətdə əmək fəaliyyətinin qiymətləndirilməsi prosesində iştirak etmək;
-Açıq vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
-Şirkətin işə qəbul siyasətinə riayət olunmasını təmin etmək.

Namizədə_tələblər:
-Ali təhsil
-Cins: Kişi namizədlərə üstünlük verilir
-Müvafiq sahədə azı 2 il iş təcrübəsi ;
-Azərbaycan dili sərbəst, Rus və İngilis dili üstünlükdür.
-Məsuliyyətli, ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı.
-Analitik düşünmə tərzi, təqdimat bacarığı;
-Operativ və düzgün qərar vermək bacarığı.
Vakansiya ilə maraqlanan namizədlər CV-nizi  [email protected] e-mail adresinə “İnsan Resursları üzrə Aparıcı mütəxəssis”  qeyd edərək göndərə bilərlər.

“ABV” mağazaları elektron təhlükəsizlik sistemləri üzrə geniş avadanlıq çeşidlərinin inteqratorudur.

Əsası 1993-cü ildə qoyulan “Araznet” MMC-nin idarəsi altında olan “ABV” mağazalar şəbəkəsi 3 mağaza, 1 servis və baş ofisdən ibarətdir. Fəaliyyətimiz dövründə bir çox dövlət və özəl layihələri böyük məsuliyyətlə yerinə yetirmiş, daimi texniki dəstəyi göstərmişik. Təklif etdiyimiz məhsullarla həm fərdi sifarişlərdə, həm də layihələrdə uğurlu partyor funksiyasını icra edirik.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]