Dövlət qurumu kimyaçı axtarır

Digər

aqti vakansiya


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) kimyaçı ixtisası üzrə peşəkar kadrları Kompleks Tədqiqatlar Laboratoriyasının Şamaxı aqrokimya bölməsində işə dəvət edir.

Kimyaçı vəzifəsində çalışmaq istəyən namizədlər müvafiq ixtisas üzrə ali təhsilə malik olmalı, kimya sahəsində müasir laboratoriya metodlarını, laboratoriya avadanlıqları ilə işləməyi, onların kalibrasiyasını və minimum texniki qulluq tələblərini, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilməlidirlər.

Müvafiq ixtisasa sahib, Şamaxı şəhərində işləməyə razı olan, yaxud yaşayış yeri həmin ərazilərə yaxın yerləşən, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək istəyən namizədlər işə qəbul üçün müraciət edə bilərlər.

Namizədlərdən CV-lərini  mövzu yerinə “Şamaxı-Kimyaçı” yazaraq [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edildikdən sonra müsahibəyə dəvət olunacaqlar.


©️ 2022

070 231 45 70

[email protected]