“Cahan Holdinq” işçi axtarır (xanım və bəy)

İşəgötürən – “Cahan Tobacco İnternational “
Vakansiya – Brand Manager Assistant
Tələblər:
-Yaşı : 25 – 35
-Cinsi : Kişi və ya Qadın
-Marketinq və ya müvafiq sahə üzrə ali təhsilli olmalı;
-Müvafiq sahədə ən az 3 illik iş təcrübəsi olmalı;
-Rus və İngilis dillərini yüksək səviyyədə bilməli;
-Qrafik dizayn proqramlarını bilməli (Adobe Illustrator, Adobe Photoshop);
-MS office proqramlarını yüksək səviyyədə bilməli;
-Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı;
-FMCG sektorunda təcrübəsi üstünlükdür;
-Xaricə səyahət üçün heç bir məhdudiyyətin olmaması.
İş haqqında:
-Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir;
-Bazar tendensiyalarına uyğun olaraq yeni məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların dizaynlarını hazırlayır;
-Yerli və xarici reklam partnyorları ilə işi təşkil edir və işlər ilə bağlı onlara tapşırıqlar verir;
-Reklam partnyorları ilə daima danışıqların aparılması, işin gedişatına nəzarət edilməsi və deadline-ların qarşılanmasını təmin edir;
-Reklam (TV, açıq hava, radio, mətbuat) briflərini, POP materiallarını, satış promo materialların ilkin variantlarını hazırlayır;
-Xaricdə və ölkə daxilində keçirilən şirkət tərəfindən seçilmiş sərgilərdə şirkətin iştirakı üçün bütün lazımi işlərin aparılmasında kömək edir.
Biz təklif edirik:
-Rəsmi iş.
-Rəqabətli əmək haqqı.
-İş qrafiki – 5/2.
-Əmək haqqı müsahibə əsasında formalaşacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini [email protected] mail ünvanına ” Brand Manager Assistant” yazmaqla göndərə bilərsiniz.
Elanın bitmə tarixi – 22 iyul 2022
Şirkət haqqında
“Cahan Holdinq” şirkətlər qrupuna daxil olan “Cahan Tobacco International” (CTI) 2006-cı ildən yerli tütün və siqaret məhsullarının istehsalı, distribusiyası və marketinqi ilə məşğul olan şirkətdir.
Ünvan
Nobel ave., 165C, Baku, 1026 Azerbaijan
Vakansiyalar
- 6 saat, 13 dəq
- 6 saat, 18 dəq
- 6 saat, 21 dəq
- 6 saat, 25 dəq
- 6 saat, 32 dəq