BRPG LLC SMM meneceri axtarır

Sosial media mütəxəssisi


İşəgötürən: BRPG LLC

Vakansiya: SMM manager

Son tarix 19 iyul 2023

İş barədə məlumat:

-Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.

-Şirkətin bazarda təqdim etdiyi bütün növ məhsul və xidmətlərinin reklamını təşkil edir;

-Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.

-Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;

-Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;

-Müştərilərdən gələn sorğuları muvafiq qaydada cavablandırır;

-Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün foto-video hazırlayır 

-Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;

-İstifadə olunan saytların effektivliyini təhlil edir;

-Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;

-Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll edir.

-Sınaq müddəti: 2 ay

-Aylıq əmək haqqı: 1.000 manat

Namizədə tələblər:

-İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil; 

-Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsinə (ticarət və distribussiya sektorunda təcrübəsi olanlara üstünlük veriləcək), xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;

-Marketinqin əsas prinsiplərini yaxşı bilmək;

-SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq

-Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini bilənlərə üstünlük verilir;

-MS Office (Word, Excel)  və Photoshop, Coreldraw proqramlarını yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;

-Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;

-Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.

Vakansiyaya uyğun olan namizədlər CV-lərinizi mövzu yerində “SMM manager” qeyd edib göndərə bilərsiniz.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]