Basqal Resort & Spa təsərrüfatçı axtarır

Digər

basqalresort ismayilli


İşəgötürən: Basqal Resort & Spa

Vakansiya: Təsərrüfatçı

Son tarix: 05 avqust 2022

Vəzifə öhdəlikləri:

-Geyim qaydaları və şəxsi gigiyena qaydalarına əməl etmək, olduqları ərazilərdə daxili və xarici qonaqlarla gülərüz və nəzakətli davranmaq;

-Olduqları ərazilərdə otel otaqlarının və kottec statuslarından xəbərdar olmaq, hər hansı bir problem gördükdə koordinator və ya qrup rəhbərinə məlumat vermək;

-Olduqları əraziləri təmiz saxlamaq, işlətdikləri avadanlıqların texniki cəhətdən yaxşı vəziyyətdə olmasına əmin olmaq və onları sağlam saxlamaq;

-Kimyəvi dərmanlar və digər vasitələrdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etmək;

-Qonaqların rahatlığını təmin etmək üçün dəsmal, yataq dəstləri, tualet və digər ləvazimatları vaxtı-vaxtında yeniləmək;

-Qonağın istəklərini vaxtında çatdırmaq və otel standartlarına uyğun təqdim etmək;

-Təmizlik şöbəsində istifadə olunan avadanlıqlardan düzgün istifadə qaydalarını bilmək və düzgün şəkildə tətbiq etmək;

-Kompleks daxilində yerləşən bütün məkanların təmizliyini mütəmadi olaraq yoxlamaq və nəzarətdə saxlamaq, texniki və digər problemləri aşkar etdikdə qrup rəhbərinə və ya koordinatora məlumat vermək;

-Kompleks daxilində yerləşən bütün məkanların daimi olaraq təmiz saxlanılmasını və lazımi gigiyenik və sanitar tədbirlərin görülməsini həyata keçirmək;

-Kompleksin çöl ərazilərinin, yolların, səkilərin təmizliyini təmin etmək, ərazilərin daim səliqəli saxlanılmasına əmin olmaq;

-Kompleksin işçi yataqxanasının otaqlarının və ərazisinin təmizliyini təmin etmək;

-İnzibati binanın və ofislərin təmizliyini həyata keçirmək, ofislərin təmiz və təravətli olmasına əmin olmaq.

Tələb olunan təcrübə, bacarıqlar və səriştələr: 

-Hotel sahəsində təcrübənin olması arzuolunandır;

-Azərbaycan dilində səlis bilmək, Rus və İngilis dillərin yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcəkdir;

-Diqqətli, şəffaf, işində dəqiq və dürüst olmaq;

-Səliqəli və təmizkar olmaq;

-Komandada işləməyi bacarmaq.

İş şəraiti:

-İş rejimi: 6 günlük iş həftəsi;

-İş yeri – İsmayıllı, Basqal qəsəbəsi;

-İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;

-Nahar yeməyi şirkət tərəfindən qarşılanır;

-İsmayıllı və Şamaxı şəhərlərindən hotelə nəqliyyat xidməti mövcuddur.

Müraciət etmə qaydası:

Maraqlanan namizədlər mövzu yerində “Təsərrüfatçı” yazmaqla öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər. 

Yalnız tələb edilən təcrübə, bacarıqlar və səriştələrə cavab verən namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]