Bankın Sumqayıt filialına kiçik əməliyyatçı-kassir tələb olunur
İşəgötürən: Ziraat Bank Azərbaycan
Vakansiya: Kiçik əməliyyatçı-kassir (Sumqayıt)
Son tarix 01 may 2022
İşin təsviri Şirkət haqqında Digər iş elanları
Vəzifəyə olan tələblər:
-Ali təhsil;
-Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi olması arzuolunandır;
-Kompüter bilikləri (MS Office, Internet);
-Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
-Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağd pul və qiymətlilərlə əməliyyatların aparılması;
-Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağdsız hesablaşmalar və pul köçürmələrin aparılması;
-İş gününün sonunda filial müdiri və mühasib / nəzarətçi ilə birlikdə nağd pul vəsaitləri və qiymətlilərin sayılması, qalıqların bankın daxili proqramındakı qalıqlarla üzləşdirilməsi;
-Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
-Qaydalara uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi;
-Limitdən artıq nağd pul vəsaitlərinin Mərkəzi Banka və ya Mərkəzi Bankın Ərazi idarəsinə təhvil vermək üçün hazırlanması və Bankın Pul anbarına baş kassirə təhvil verilməsi;
-Filiallara təhvil verilməli olan plastik kartların qəbul edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Aprel ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kassir” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 10 saat, 19 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 11 saat, 14 dəq
- 7 ay, 3 həftə, 13 saat, 7 dəq
- 10 ay, 3 həftə, 5 gün, 7 saat, 52 dəq
-
11 ay, 1 həftə, 3 saat, 23 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır