Banka kassir tələb olunur (Qazax, Şabran)

İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Kassir (Qazax, Şabran)
Son tarix: 27 avqust 2022
Ümumi vəzifə öhdəlikləri:
-Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
-Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
-Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
-Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
-Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.
Namizədə qarşı tələblər:
-Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
-Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
-Riyazi hesablama aparmaq qabiliyyəti;
-Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
-Yüksək ünsiyyət bacarığı;
-Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində müvafiq olaraq aşağıdakıları qeyd etməklə 26 avqust 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər:
-Kassir (Qazax)
-Kassir (Şabran)
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 gün, 2 saat, 59 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 5 saat, 58 dəq
-
2 gün, 5 saat, 59 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 6 saat, 2 dəq
- 2 gün, 6 saat, 4 dəq