Bank Şirvan filialına “Kassa bölməsi üzrə kiçik ekspert” axtarır
Bank of Baku ASC olaraq Şirvan filialı, “Kassa bölməsi üzrə kiçik ekspert” vakansiyası üzrə yeni əməkdaş axtarışındayıq.
Tələblər
– Ali iqtisadi təhsil
– Əla Azərbaycan dili bilikləri (Rus dili arzuolunandır)
– MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
– Böyükhəcmli rəqəmli məlumatlarla işləmək bacarığı
– Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmaq
Əsas vəzifə və öhdəliklər
– Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi və saxlanılması üzrə əməliyyatların həyata keçirilməsi
– Mədaxil və məxaric sənədlərinin yoxlanılması
– Əməliyyatların bankın əməliyyat proqramında əks etdirilməsi
Bankomatların və ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi
Müraciət etmək istəyən namizədlər öz CV-lərini subject bölməsində Kassa üzrə kiçik ekspert – Şirvan qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 7 ay, 2 həftə, 4 gün, 2 saat, 32 dəq
- 7 ay, 2 həftə, 4 gün, 2 saat, 34 dəq
- 7 ay, 2 həftə, 4 gün, 2 saat, 35 dəq
- 7 ay, 2 həftə, 4 gün, 2 saat, 37 dəq
- 7 ay, 2 həftə, 4 gün, 2 saat, 38 dəq