Bank Respublika ASC kassir axtarır (Sumqayıt)
kassir-bank
İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Kassir (Sumqayıt)
Son tarix: 06 may 2022
Ümumi vəzifə öhdəlikləri:
-Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
-Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
-Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
-Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
-Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.
Namizədə qarşı tələblər:
-Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
-Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
-Riyazi hesablama aparmaq qabiliyyəti;
-Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
-Yüksək ünsiyyət bacarığı;
-Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Kassir (Sumqayıt) qeyd etməklə 05 may 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
20 saat, 26 dəq
Casino on-line summary: gameplay frameworks and platform features
-
21 saat, 5 dəq
Online Casino Bonus: How Incentives Function and What Bettors Should Learn
-
21 saat, 6 dəq
Casino on-line: games, payments, and complete platform experience
-
21 saat, 8 dəq
Casino on-line platforms: player progression, functions, and engagement structure
- 21 saat, 8 dəq