Bakı metrosu maşinist peşəsinə qəbul elan etdi

Maşinist

maçinist


Qatar maşinisti peşəsi üzrə seçim elan edilir

Ərizələr avqust ayının 31-dək qəbul edilir

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə seçim elan edir.

Əsas tələblər aşağıdakı kimidir:

  • yaşı 24-30 arasında olan kişilər və qadınlar;
  • ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;
  • hərbi bilet (kişi namizədlər, yararlılıq kateqoriyası ilə).

Bu tələblərə uyğun gəlməyənlərin ərizələri qəbul olunmayacaq.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar.

Tədris nəzəri və praktiki hissələrdən ibarət olmaqla 6-8 ay davam edəcək.

İddiaçılar “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytının “Karyera” bölməsinə daxil olaraq, “Elektron ərizə” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına, mütləq qaydada, “maşinist” qeyd olunmalıdır. Elektron ərizələr 2023-cü il avqust ayının 21-dən 31-nə qədər qəbul edilir.

Mütləq nəzərə alınmalıdır: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq xanada “maşinist” qeydi olmayan ərizələr CV bankına daxil olmur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]