“Aztelekom”a SƏTƏM üzrə mütəxəssis tələb olunur
İşəgötürən – Aztelekom
Vakansiya: SƏTƏM üzrə mütəxəssis
– İnsan Resursları departamenti SƏTƏM şöbəsi
Kvalifikasiya üzrə tələblər:
-SƏTƏM üzrə mütəxəssis vəzifəsinə təyin edilən şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:
-Ali-texniki təhsilə malik olmalidır;
-Sahəsi üzrə ən azı 3 il təcrübəsi olmalıdır;
-Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dilləri arzuolunandır;
-SƏTƏM üzrə qaydaları mükəmməl bilməlidir;
-Kompyuter bilikləri üzrə : MS Office və Outlook programlarını mükəmməl bilməlidir;
-Aşağıdakılara dair mükəmməl biliklərə sahib olmalıdır:
SƏTƏM üzrə dövlət normativ tələbləri;
-Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələr;
-SƏTƏM sahəsində milli və dövlətlərarası standartlar;
-Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodları;
-Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimləri;
-Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydaları;
-İş yerlərində əmək şəraitinin öyrənilməsi metodları;
Vəzifə öhdəlikləri:
-SƏTƏM üzrə mütəxəssisin əsas vəzifəsi müəssisədə qəzaların, peşə xəstəliklərinin və qəzaların qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və müalicəvi-profilaktik tədbirlərin icrasının təşkilidir.
-SƏTƏM üzrə mütəxəssis fəaliyətini SƏTƏM Qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
-Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak edir;
Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir;
“Aztelekom” MMC-də quraşdırılmış cıhaz və avadalıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət edir;
İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir;
“Aztelekom” MMC-in işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçirir;
Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət edir;
Istehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotu və təhlili aparır;
Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərir;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 ay, 1 həftə, 6 gün, 5 saat, 36 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 2 gün, 6 saat, 31 dəq
- 7 ay, 2 həftə, 2 gün, 8 saat, 24 dəq
- 10 ay, 3 həftə, 3 saat, 9 dəq
-
11 ay, 1 gün, 22 saat, 40 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır