Azersun Holding qeydiyyatçı axtarır (Resepsionist)
İşəgötürən: Azersun Holding
Vakansiya: Qeydiyyatçı (Resepsionist)
Son tarix: 27 noyabr 2022
Tələblər:
-Orta vəya ali təhsilli olmalı;
-Aidiyyatı sahə üzrə minimum 1-2 illik iş təcrübəsi olmalı;
-Rus və İngilis dillərini yaxşı səviyyədə bilməlidir.
İş haqqında məlumat:
-Bütün giriş və çıxış tapşırıqlarının yerinə yetirilməsi;
-Onlayn və telefon rezervasiyalarının idarə edilməsi;
-Müştərilərə ödəniş üsulları haqqında məlumat verilməsi və onların kredit kartı məlumatlarını yoxlanılması;
-Lazımi sənəd və məlumatları qonaqdan soruşub qeyd aparılması (passport, əlaqə məlumatları və qaldıqları dəqiq tarixlər kimi);
-Gələn qonaqları qarşılayıb, otaqlarını təyin edib yerləşdirilməsi;
-Otelimiz, mövcud otaqlar, qiymətlər, xidmət və imkanlar haqqında müştərilərə məlumat verilməsi;
-Qonaqların şikayətlərinə vaxtında və peşəkar şəkildə cavab vermək;
-Bütün otaqların təmiz, səliqəli və qonaqların ehtiyaclarını ödəmək üçün tam təchiz olunmasını təmin etmək üçün təmizlik işçiləri ilə əlaqə saxlanılması;
-Müvafiq hallarda əlavə obyekt və xidmətlərin satışı;
-Rezervasiya və ödənişlərin yenilənmiş qeydlərini aparılması, vaxında ödənişlərin alınması və sistemdə əks etdirilməsi;
-Kassa əməliyatlarının, növbə üzrə toplanan vəsaitlərin baş kassirə təhvil verilməsi;
-Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
-Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
İş qrafiki: həftə içi 6 gün
İş Yeri: Dreamland Golf Hotel Baku
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Qeydiyyatçı (Resepsionist)” qeyd etməyiniz xahiş olunur.
Vakansiyalar
-
3 gün, 7 saat
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
5 gün, 5 saat, 52 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 5 gün, 6 saat, 26 dəq
- 6 gün, 32 dəq
- 6 gün, 19 saat, 46 dəq