Azersun Holding bioloq axtarır (Kürdəmir)

İşəgötürən: Azersun Holding
Vakansiya: Bioloq (Kürdəmir)
Son tarix: 02 oktyabr 2022
Tələblər:
-Biologiya, mikrobiologiya, biokimya və tibb sahəsində ali təhsil;
-Müvafiq sahədə iş təcrübəsi olması üstünlükdür;
-MS Office və Outlook proqramlarından istifadə edə bilməli;
-İngilis dili bilməli, Rus dili (arzuolunandır).
-Diqqətli və məsuliyyətli olmalı.
İş haqqında:
-Qida məhsullarında, ərzaq xammalında və qatqı maddələrində mikrobioloji analizləri aparmaq;
-İstehsalatın sanitar-gigiyena şəraitinə nəzarət etmək;
-Keyfiyyətə Nəzarət Planına uyğun istehsalat sahələrindən nümunələr götürmək;
-İstifadəsində olan cihaz, avadanlıqların kalibrasiyasını (nizamlanma) və periodik qulluğunu təmin etmək;
-Laboratoriyada təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını yerinə yetirmək;
-Mikrobioloji analizlərin nəticələrini rəhbərliyə təqdim etmək, uyğunsuzluq olduğu təqdirdə istehsalı dayandırmaq.
İş şərtləri: İş qrafiki 09.00-18.00
İş yeri: Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsinə “Bioloq (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 saat, 48 dəq
- 1 saat, 50 dəq
- 2 saat, 5 dəq
- 2 saat, 7 dəq
- 2 saat, 21 dəq