Azerconnect icraçı katib axtarır

İşəgötürən: Azerconnect
Vakansiya: İcraçı katib
Son tarix: 01 iyun 2022
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 31/05/ 2022
İcraçı katib olaraq Sizin vəzifə öhdəlikləriniz:
Hüquq Komandası ilə birgə İcraedici İdarəetmə Komitələrinin nizamnamələrinin və illik iş planlarının yaradılmasına köməklik göstərilməsi
İcraedici İdarəetmə Komitələrinə (bundan sonra Komitələr) icraçı katiblik dəstəyinin təmin edilməsi
İllik iş planına uyğun olaraq iclasların keçirilməsinin təmin edilməsi
Komitənin materiallarını/təqdimatlarının hazırlanması, gündəliyin tərtib edilməsi, Komitənin iclaslarının təşkil edilməsi və orada iştirak edilməsi
Operativ və müştəri yönümlü xidmət göstərərək daxili və xarici maraqlı tərəflərlə əlaqə yaradılması
İcmalları, brifinqləri və protokolları hazırlamaq, sənədləşdirmək və saxlamaq
Komitələrin illik iş planının icrasına dair dövri hesabatların hazırlanması və təqdim edilməsi
Məxfi və həssas xarakterli olanlar da daxil olmaqla korporativ sənədlərin və qeydlərin saxlanılmasının və arxivləşdirilməsinin təmin edilməsi
Tələb olunduqda xüsusi idarəetmə hesabatının təqdim edilməsi, qrup təqdimatlarının hazırlanması
Qrup şirkətləri və holdinq arasında əlaqə yaradılması (sorğuların əlaqələndirilməsi, qeydiyyatı və izlənilməsi), İcraçı Rəhbərlik üzvlərinə inzibati dəstək göstərilməsi
Üst rəhbərin şifahi və yazılı göstəriş və tapşırıqlarının yerinə yetirilməsi
Vəzifənin tələbləri:
İqtisadiyyat və ya əlaqəli sahədə Ali təhsil; Biznes İdarəedilməsi (MBA üstünlükdür)
İcraçı katiblik və ya oxşar administrativ peşələrdə iki il iş təcrübəsi
Azərbaycan və ingilis dilləri üzrə səlis bilik; Rus dili üzrə yaxşı bilik üstünlükdür
MS Office proqramlarının üstün səviyyədə istifadəçisi olmaq (xüsusilə MS Project, MS Excel, MS Visio və MS Power Point)
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
Mükəmməl ünsiyyət bacarıqları
Güclü Powerpoint və digər vizuallaşdırmaq / təqdimat alətləri üzrə biliklər
Detal yönümlü, yüksək səviyyədə təşkiletmə və planlama bacarıqları
Yüksək təhliletmə bacarığı
Vaxtın idarəedilməsi bacarığı
Liderlik və asanlaşdırma bacarıqları
Administrativ sahədə bilik və bacarıqlar
İşə məsuliyyətli yanaşma
Eyni anda bir neçə tapşırığı yerinə yetirə bilmə
Nəticə yönümlü
Yüksək dərəcədə çevikliklə işləyə bilən və təşəbbüslər irəli sürə bilən
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 2 gün, 15 saat, 49 dəq
- 2 gün, 21 saat, 30 dəq
- 2 gün, 21 saat, 34 dəq
- 2 gün, 21 saat, 40 dəq
- 3 gün, 20 saat, 56 dəq