Azerbaijan SuperMarket çağrı mərkəzi üzrə agent axtarır

İşəgötürən: Azerbaijan SuperMarket
Vakansiya: Çağrı mərkəzi üzrə Agent
Son tarix: 07 avqust 2022
Şöbə: Müştəri münasibətlərinin idarə olunması və Data analitikası şöbəsi
Yerləşmə: Baş Ofis.
Vəzifə öhdəlikləri:
-Zəng, e-mail və “Whatsapp” mesajlarının cavablandırılması
-Telefon, e-mail və “Whatsapp” vasitəsilə göndərilən müştəri sorğularına baxılması
-Mövcud resurslardan istifadə etməklə zəruri məlumatların araşdırılması
-Müştəri şikayətlərinə baxılması və şikayətlərin həll yollarınının tapılması
-Müştərilərə məhsul və xidmətlər haqqında məlumat vermək
-Sistemə yeni müştəri məlumatlarının daxil edilməsi
-Mövcud müştəri məlumatlarının yenilənməsi
-Sifarişlərin, formaların və ərizələrin emal edilməsi
-Prioritet məsələlərin müəyyən edilməsi və rəhbərliyə məruzə edilməsi
-Zənglərin müvafiq resurslara yönləndirilməsi
-Bütün zəng məlumatlarının standart iş prosedurlarına uyğun olaraq sənədləşdirilməsi
Namizədə dair tələblər:
-Biznesin idarə edilməsi, marketinq və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi.
-Azərbaycan və Rus dilləri icbaridir, ingilis dili üstünlük sayılır.
-“Microsoft Office” proqramları, Outlook istifadəçisi.
-Qeyd olunan dillərdə şifahi və yazılı ünsiyyət bacarıqları.
-Dinləmə qabiliyyəti.
-Problemlərin təhlili və həlli bacarıqları.
-Müştəri xidmətləri/məmnuniyyətinə meyllilik.
-Təşkilati bacarıqlar.
-Detallara qarşı diqqətli.
-Komanda şəklində işləmə bacarığı.
-Stressə davamlılıq.
-Qüsursuz və aydın nitq.
İş şəraiti: Növbəli iş.
Maraqlanan namizədlər [email protected] email ünvanına “Çağrı mərkəzi üzrə Agent” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 5 saat, 27 dəq
- 4 gün, 9 saat, 29 dəq
- 4 gün, 15 saat, 10 dəq
- 4 gün, 15 saat, 14 dəq
- 4 gün, 15 saat, 20 dəq