Azər Türk Bank əməliyyat və bazar riskləri şöbəsinin rəisi axtarır

Digər


İşəgötürən: Azər Türk Bank

Vakansiya: Əməliyyat və bazar riskləri şöbəsinin rəisi

Son tarix: 20 iyul 2022

Təsvir:

-Riskləri müəyyən etmək, qiymətləndirilməsi metodlarını hazırlamaq;

-Əməliyyat risklərinin idarə edilməsi üzrə təkmil alətləri tətbiq etmək;

-Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə etmək

-Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;

-Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatları toplamaq, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabtlığı aparmaq;

-Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat riskləri müəyyən etmək və təkliflər verilmək;

-Risklərin idarəedilməsi Direktoruna iş funksiyası ilə bağlı digər vəzifələri yerinə yetirməkdə dəstək;

-Əməliyyat riski, komplayans və reputasiya riski ilə bağlı məsələlərin və sorğuların xidmətin göstərilməsi;

-Siyasət və prosedurların qəbul edilməsini, məlumatlandırılmasını və düzgün tətbiq olunmasını təmin edərək əlaqədar tərəflərin təlimatlandırılması, eyni zamanda bu istiqamətdə tövsiyyələrin verilməsi;

-Maliyyə risklərinin qarşısının alınması və azaldılması üçün qabaqlayıcı və düzəldici tədbirlərə dair fəal şəkildə tövsiyyələrin verilməsi;

-Bankın likvidlik riskinin idarə edilməsi sisteminin qiymətləndirilməsi, o cümlədən bankın məruz qaldığı əsas likvidlik və maliyyə risklərinin müəyyən edilməsi;

-Bankın daxili stress testi maliyyə modellərinin təkmilləşdirilməsi və inkişafına dəstək;

Tələblər:

-Maliyyə/Bankçılıq və ya əlaqəli sahələrdə ən azı bakalavr dərəcəsi; (maliyyə və iqtisadi sahədə təhsil üstünlükdür);

-R, SQL, Python proqramları üzrə biliklərə üstünlük verilir;

-Analitik təhlil bacarığı;

-Risk Menecment sahəsində minimum 3 il iş təcrübəsi;

-FRM və ya CFA sertifikasiyasının mövcudluğu üstünlükdür;

-Güclü kommunikasiya, danışıqlar aparma və problemlərin həll edilməsi bacarıqları;

-Güclü analitik düşünmə bacarığı və statistik biliklər;

-MS Office (Excel, PowerPoint) proqramlarının yüksək səviyyədə biliyi;

-IFRS alətləri ilə iş təcrübəsi üstünlükdür.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]