AZAL mühasib və iqtisadçı axtarır

AZAL-ın Maliyyə və Mühasibat uçotu idarəsində vakansiya var.
Vakansiya: Maliyyə və Mühasibat uçotu idarəsinin mühasib və iqtisadçısı
Vəzifə öhdəlikləri:
– Mühasibatlıq uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Bank əməliyyatlarının həyata keçirilməsi və ilkin uçot sənədlərinin sistemə işlənilməsi;
– Əsas vəsaitlərin və mal-materialların uçotunun aparılması;
– Yük gömrük bəyannamələri ilə işləmə bacarığı;
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması;
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
– Müvafiq müxabirləşmələrin verilməsi;
– Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsi;
– Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə olan tələblər:
– Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə);
– Dil bilikləri: Azərbaycan dili – əla,
– Kompüter bilikləri (xüsusi proqramlar): Microsoft Excel – yaxşı, Word – yaxşı, Outlook – yaxşı, 1C-yaxşı.
Şəxsi keyfiyyətlər:
– Komandada işləmək bacarığı;
– İşə planlı yanaşmalı;
– Analitik düşüncə və problemi həll etmə qabiliyyəti.
Üstünlüklər:
– Analoji sahə üzrə 1 il və ya daha çox iş təcrübəsi;
– Rus və İngilis dil biliyi;
– İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər və sertifikatlar
üstünlükdür.
İş rejimi:
– Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək;
– Şənbə və bazar qeyri-iş günüdür.
Qeydlər:
– Nəqliyyat şirkət tərəfindən təmin olunur;
– Sınaq müddəti: 3 ay.
Qeyd edilən tələblərə uyğun namizədlər sayt vasitəsilə müraciət edə bilər:
Vakansiyalar
-
15 saat, 47 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
15 saat, 59 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 16 saat, 35 dəq
- 17 saat, 46 dəq
- 1 gün, 9 saat, 1 dəq