“Avtomobil Servis Rəhbəri” tələb olunur
İşəgötürən – Performance Center Co
Vəzifə – Avtomobil Servis Rəhbəri
Vəzifə öhdəlikləri:
– Avtomobil Servis mərkəzinin gündəlik işinin ( çilingər,elektrik və dəmirçi-rəngsaz şöbələrinin ) planlanması və tənzimlənməsi
-Avtomobil Servis mərkəzinə daxil olan müştərilərin qarşılanması və avtomobildə təmir işinin təşkil olunması
-Avtomobil Servis personalının idarə olunması və effektiv işinin təşkili
-Avtomobil Servis mərkəzi daxilində nizam-intizam qaydalarına və korporativ üsluba riayət olunmasına nəzarət etmək
-Avtomobil Servis daxili avadanlıqlarının təmiri və dövri qulluqlarının təşkil olunması
-Müştərilərin razılığına və loyallığına nail olmaq
-Avtomobillərə göstərilən texniki xidmət satışları üzrə qoyulmuş hədəflərə nail olmaq
-Avtomobil Servis əməkdaşlarının əsas performans göstəricilərinin təhlili və müvafiq qiymətləndirmənin aparılması
-İdarə etdiyi personalın güclü və zəif tərəflərinin müəyyən edilməsi və müvafiq təlim tədrislərə yönləndirilməsi
-Avtomobil Servis əməkdaşları ilə mütəmadi toplantıların təşkil olunması və mövcud problemlərin həlli istiqamətində çalışmaq
-Müştəri müraciətlərinin qısa zamanda həlli və cavablandırılması
Namizədə qarşı tələblər:
-Ali təhsil
-Yaş: 30-45
-Azərbaycan dili səlis danışıq (ingilis və rus dilləri arzu olunandır)
-Avtomobil servisi idarəçiliyi sahəsində minimum 3 illik təcrübə
-Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq
-Təqdimat bacarığının olması
-Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
-Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.
İş şərtləri:
-İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
-Əmək haqqı: 2500-3000₼ (Dövriyyədən asılı olaraq artacaq).
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Avtomobil Servis rəhbəri” qeyd etməklə elektron ünvanına [email protected] göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
4 saat, 45 dəq
1971 Casino account verification for Bangladeshi players – tk1971
- 4 saat, 46 dəq
- 4 saat, 46 dəq
-
4 saat, 46 dəq
Pinco Casino Azərbaycan – Bələdçi, Bonuslar və Qeydiyyat Prosesi
-
4 saat, 47 dəq
1xbet APK Côte d’Ivoire : guide complet de téléchargement, bonus et sécurité