AVT Logistics dispetçer axtarır
İşəgötürən: AVT Logistics
Vakansiya: Dispetçer
Son tarix: 01 iyul 2023
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahədə 1 il iş təcrübəsi
Vəzifə öhdəlikləri:
-Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında şöbə rəisinə məlumat vermək;
-Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;
-Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
-Alınan ehtiyat hissələrinin siyahısını aparmaq;
-Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək;
-Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
-Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət;
-Optimal marşrut xətlərinin hazırlanması.
Tələblər:
-Təhsil: Ali təhsil
-Yaş həddi: 25-45
-Microsoft Office proqramlarını (xüsusilə Microsoft Excel) bilməli;
-Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli.
-Avtomaşınların texniki xarakteristikasını bilməli;
-Texnikanın istismarı normativini bilməli.
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
-İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-Nahar ilə təmin edilmə.
İş qrafiki: 6 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Dispetçer” yazıb CV göndərməklə müraciət edilir.
Vakansiyalar
-
15 saat, 11 dəq
A tájékozottság jelentősége: Hogyan formálja az ismeret a kortárs hétköznapokat?
-
21 saat, 36 dəq
Что представляет собой Big Data и каким образом обрабатывают масштабные сведения
- 1 gün, 2 saat, 33 dəq
- 1 gün, 2 saat, 33 dəq
-
1 gün, 2 saat, 33 dəq
Casino on-line journey: features, structures, and accessibility progression