Alyans Tekstil direktor köməkçisi axtarır

İşəgötürən: Alyans Tekstil
Vakansiya: Direktor köməkçisi
Son tarix: 11 sentyabr 2022
İş barədə məlumat:
-Direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
-Direktorun iştirak edəcəyi iclaslarının, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması;
-Keçirilmiş iclasların / görüşlərin protokolların hazırlanması, qeydiyyatının aparılması və qısa zamanda müvafiq şəxslərə göndərməsini təmin etməli;
-Direktorun qonaqlarının qəbul edilməsi;
-Daxil olan telefon zənglərinin cavablandırılması və adiyyatı üzrə yönləndirilməsi;
-Daxil olan hesabatların toplanması, nəzərdən keçirilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
-Direktorun ölkədaxili və ölkəxarici ezamiyyətləri ilə bağlı məsələlərin vaxtı vaxtında həll edilməsi;
-Direktorun imzasına daxil olan sənədlərin qəbul edilməsi;
-Direktorun tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
-İş yerinin zəruri texniki vasitələr və dəftərxana ləvazimatı ilə təmin edilməsinə nəzarət edilməsi;
-Direktorun tapşırıqlarına əsasən iş üçün zəruri olan materialların çap edilməsi və məlumat bazasına daxil edilməsi;
-Baş direktorun tərəfindən tapşırılan müvafiq vəzifələrin yerinə yetirilməsi.
-Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı
Əlavə məlumatlar:
-Əmək haqqı razılaşma əsasında təyin edilir.
Namizəd üçün tələblər:
-Yalnız təcrübəli xanım namizədlər,
-Bizim üçün ideal namizəd: Ali təhsilli;
-Analoji sahədə ən az 5 il iş təcrübəsi olan;
-Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olandır.O cümlədən :- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı;
-Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
-İşgüzar, məsuliyyətli və yüksək davranış keyfiyyətlərinə malik olmalı;
-Azərbaycan və rus dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir, ingilis dili biliənlərə üstünlük veriləcəkdir.
-Sumqayıt şəhərində və ya ora yaxın ərazilərdə yaşayanlara üstünlük veriləcəkdir.
-İş saatı bitdikdən sonra ehtiyyac olduğu təqdirdə işdə qalmaq imkanı olmalı.
-Direktor köməkçisi vəzifəsində təcrübəsi olan İntizamlı, ünsiyyətcil, məqsədyönlü, stressli şəraitə uyğun, işinə peşakarca yanaşan.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Direktor köməkçisi” yazaraq göndərmələri xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 saat, 7 dəq
-
1 gün, 1 saat, 7 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 1 saat, 9 dəq
- 1 gün, 1 saat, 11 dəq
-
1 gün, 1 saat, 13 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib