Agro Dairy qaraj mexaniki axtarır
![](https://avand.marja.az/wp-content/uploads/2022/08/agro-dairy.jpg)
İşəgötürən: Agro Dairy
Vakansiya: Qaraj Mexaniki
Son tarix: 09 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Qaraj nəzarətçisinin verdiyi gündəlik / həftəlik iş yükünü icra edir, həm xüsusi qarajda, həm də ərazidə tələb olunan əlavə tapşırıqları və müəyyənləşdirilmiş işləri yerinə yetirir;
-Elektron və ya kağız nüsxəli kataloqlardan istifadə etməklə tələb olunan ehtiyat hissələrini müəyyən edir və ehtiyat hissələrinin anbardan buraxılması üçün onları qaraj nəzarətçisinə / anbar departamentlərinə təqdim edir. Ehtiyat hissələrini iş / avadanlıq üzrə yerləşdirir;
-Nəqliyyat vasitələrinin hissələrinin anbarda ehtiyata yığılması prosesinə dəstək verir;
-İşlək və qeyri-işlək vəziyyətdə olan nəqliyyat vasitələrinin vəziyyətini izləyir və müvafiq departamentlərə məlumat verir.
-Mövcud proqram təminatı vasitəsilə və qaraj nəzarətçisinin təqdim etdiyi məlumat əsasında nəqliyyat vasitələrinin istismar göstəricilərini və texniki xidmətini monitorinq edir;
-İllik tələb olunan ehtiyyat hissələrinin siyahısının vaxtında hazırlanmasında iştirak edir;
-Həm qeydiyyat jurnalında və iş kartında, həm də nəqliyyat vasitələrində olan “növbəti xidmət haqqında məlumat” talonlarında texniki xidmət barədə qeydlər aparır;
-Öz cavabdehliyində olan qeyri-işlək nəqliyyat vasitələri barədə həftəlik hesabatları yeniləyir və təqdim edir;
Vəzifə üçün tələblər:
-Nəqliyyat vasitələrinin istismarı üzrə peşə və ya universitet təhsili;
-Elektrik sistemləri, hidravlika və dizel / benzin yanacağı injeksiya sistemləri barədə ümumi biliklər;
-Mexanik kimi minimum 3 il iş təcrübəsi;
-Sürücülük vəsiqəsi;
-Səlis Azərbaycan dili (əlavə dil biliyi üstünlükdür);
-MS Office proqramlarında təməl biliklər.
Əlavə məlumatlar:
-İş yeri – Hacıqabul
Vakansiya ilə maraqlananlar 01.09.2022 tarixinə qədər CVlərini “Qaraj Mexaniki” başlığı ilə [email protected] e-mail adresinə göndərə bilərlər.
Vakansiyalar
-
1 ay, 1 gün, 20 saat, 52 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 21 saat, 47 dəq
- 6 ay, 3 gün, 23 saat, 40 dəq
- 9 ay, 1 həftə, 1 gün, 18 saat, 25 dəq
-
9 ay, 2 həftə, 6 gün, 13 saat, 56 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır