Agro Dairy “Qaraj Mexaniki” axtarır

Digər

agrodairy qaraj


“Agro Dairy” MMC, “Qaraj Mexaniki” vəzifəsi üzrə vakansiya elan edir.
 İş yeri – Hacıqabul
Vəzifənin məqsədi:
“Agro Dairy” MMC-nin sahəsində / ərazilərində (Hacıqabul) yerləşən nəqliyyat vasitələrində texniki xidmətləri yerinə yetirir.
Xüsusi emalatxanada işləməklə və zəruri hallarda sahədə nasazlıq olan nəqliyyat vasitələrinə baş çəkməklə səmərəli şəkildə fəaliyyət göstərir. İstehsalçının müəyyənləşdirdiyi profilaktik və planlı texniki xidmət proqramı vasitəsilə nəqliyyat vasitələrinin texniki xidmət proseslərinə və metodlarına riayət edir və eyni zamanda da SƏTƏM tələblərinə əməl edir.
Vəzifə öhdəlikləri:
– Qaraj nəzarətçisinin verdiyi gündəlik / həftəlik iş yükünü icra edir, həm xüsusi qarajda, həm də ərazidə tələb olunan əlavə tapşırıqları və müəyyənləşdirilmiş işləri yerinə yetirir;
–  Elektron və ya kağız nüsxəli kataloqlardan istifadə etməklə tələb olunan ehtiyat hissələrini müəyyən edir və ehtiyat hissələrinin anbardan buraxılması üçün onları qaraj nəzarətçisinə / anbar departamentlərinə təqdim edir. Ehtiyat hissələrini iş / avadanlıq üzrə yerləşdirir;
– Nəqliyyat vasitələrinin hissələrinin anbarda ehtiyata yığılması prosesinə dəstək verir;
–  İşlək və qeyri-işlək vəziyyətdə olan nəqliyyat vasitələrinin vəziyyətini izləyir və müvafiq departamentlərə məlumat verir.
– Mövcud proqram təminatı vasitəsilə və qaraj nəzarətçisinin təqdim etdiyi məlumat əsasında nəqliyyat vasitələrinin istismar göstəricilərini və texniki xidmətini monitorinq edir;
–   İllik tələb olunan ehtiyyat hissələrinin siyahısının vaxtında hazırlanmasında iştirak edir;
– Həm qeydiyyat jurnalında və iş kartında, həm də nəqliyyat vasitələrində olan “növbəti xidmət haqqında məlumat” talonlarında texniki xidmət barədə qeydlər aparır;
– Öz cavabdehliyində olan qeyri-işlək nəqliyyat vasitələri barədə həftəlik hesabatları yeniləyir və təqdim edir;
Vəzifə üçün tələblər:
– Nəqliyyat vasitələrinin istismarı üzrə peşə və ya universitet təhsili;
– Elektrik sistemləri, hidravlika və dizel / benzin yanacağı injeksiya sistemləri barədə ümumi biliklər;
–  Mexanik kimi minimum 3 il iş təcrübəsi;
–  Sürücülük vəsiqəsi;
–  Səlis Azərbaycan dili (əlavə dil biliyi üstünlükdür);
– MS Office proqramlarında təməl biliklər.
 
Vakansiya ilə maraqlananlar 01.09.2022 tarixinə qədər CVlərini “Qaraj Mexaniki” başlığı ilə [email protected] mail adresinə göndərə bilərlər.


©️ 2022

070 231 45 70

[email protected]