“AFB Bank” arxivçi axtarır

“AFB Bank” ASC Arxiv işçisi vəzifəsi üzrə namizəd axtarışındadır !
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
– Orta ixtisas və ya ali təhsil;
– Arxiv və kargüzarlıq sahəsində ən azı 1 il iş təcrübəsi;
– Arxiv və kargüzarlığın aparılması işinə dair normativ aktlar üzrə biliklər;
– Ünsiyyət qurmaq bacarığı (yazılı və şifahi);
– Komandada işləmə bacarığı;
– MS office (Word, Excel) vərdişləri.
İŞİN TƏSVİRİ:
– Bankda arxiv işinin aparılmasını təşkil edir;
– Arxivə daxil olan sənədlərin saxlanmasını və qorunmasını təşkil və təmin edir;
– Arxivə verilən sənədlərin düzgün formalaşdırılması və rəsmiləşdirilməsini yoxlayır;
– Arxiv otağında qovluqların yerləşdirilməsi, işlərin sistemləşdirilməsi, uçotu və şifrələnməsini həyata keçirir;
– Sənədlərin rahat və tez tapılmasını təmin edir;
– Sorğu üzrə sənədləri və ya surətlərini təqdim edir, sənəddə olan məlumatlar üzrə arayışlar hazırlayır;
– Arxiv otağında saxlanan sənədlərin vəziyyətini diqqətdə saxlayır, sənədlərin korlanmasının qarşısını almaq üçün zəruri olan xüsusi şəraitin yaradılmasına nəzarət edir;
– Saxlanma müddəti başa çatmış sənədlərin silinməsi və ləğv edilməsi üçün seçilməsi və bu barədə aktın hazırlanmasında iştirak edir;
– Arxiv işində mütərəqqi texnologiyaların tətbiqinə dair təkliflər verir.
– Poçt, elektron poçt, faks, telefonoqram, elektron portal vasitəsilə və kargüzarlıq xidmətinə bilavasitə daxil olan sənədləri qəbul edir, qeydə alır, aidiyyəti üzrə bölüşdürür və icraçılara çatdırır;
– Sənədlərin surətini çıxarır, çoxaldır, skan (elektron surət) edir;
– Göndərilən korrespondensiyanın kuryer xidməti ilə daşınmasını təşkil edir və ünvana çatdırılmasını nəzarətdə saxlayır;
– Bankın fəaliyyəti ilə əlaqədar sənədlərin tərcümə etdirilməsi, notariat qaydasında təsdiq edilməsi və leqallaşdırılması üzrə işləri həyata keçirir;
– Kargüzarlığın aparılması, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu, qaydaya (nizama) salınmasını həyata keçirir;
– Kargüzarlıq elektron formada aparıldıqda, əlavə olaraq elektron sənəd dövriyyəsinə dair normativ aktların tələblərinə riayət edir;
– Sənədlərlə iş və sənəd dövriyyəsi prosesində mütərəqqi texnologiyaların tətbiqinə dair təkliflər verir;
-İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
-Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Arxiv işçisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 15 saat, 48 dəq
-
1 ay, 3 həftə, 2 gün, 11 saat, 19 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 19 saat, 17 dəq
- 2 ay, 1 gün, 19 saat, 7 dəq
- 2 ay, 1 gün, 19 saat, 10 dəq