“Qartal tikinti firması” mühasib-kassir axtarır

Kassir


-İşəgötürən:  “Qartal Tikinti Firması”

 -Vakansiya: MÜHASİB-KASSİR

– Maaş : 500-700 AZN

-Şəhər- Sumqayıt

-Yaş- 21 – 40 yaş

-Təhsil- Ali

-İş təcrübəsi- 1 ildən 3 ilə qədər

-Elanın tarixi- Aprel 18, 2022

-Bitmə tarixi- May 18, 2022

-Əlaqədar şəxs -Fidan Ashumova

-Telefon- (012) 585-11-56
(050) 283-00-69

-E-mail- [email protected]

İş barədə məlumat

– Banklardan və digər mənbələrdən nağd vəsatin alınıb kassaya mədaxil olunması, hesabatlarının aparılması
– Kassa hesabatının (gündəlik və aylıq) və bank hesabatının gündəlik hazırlanması, rəhbərə təqdim olunması
– AZN və xarici valyuta ilə ödəniş tapşırıqlarının yerinə yetirilməsi
– ƏDV Depozit hesabından ödənişlərin yerinə yetirilməsi
– Ödənişlər üzrə gündəlik qaimələrin işlənməsi
– İşin gedişatına uyğun olaraq, tələb olunan mühasibatlıq hesabatlarının hazırlanması
– Xidmət müqaviləsi ilə işləyən fiziki şəxslərin hesabatlarının aparılması (MDSS və gəlir vergisi)
– Ayın sonunda artıq-əskik iş saatları da daxil olmaqla ofis işçilərinin, mühəndislərin və fəhlələrin əmək haqqısının baş mühasiblə birgə hesablanması
– Rəhbərliyin təlimatlarına uyğun digər tapşırıqların yerinə yetirilməsi
İş haqqında məlumat:
– İş yeri Sumqayıt şəhərində firmanın baş ofisindədir
– İş saatı 09:00-dan 18:00-dək
– İstirahət günü – şənbə və bazar günləri
– Nahar firma hesabına təmin olunur

Namizədə tələblər

– Ali təhsilli, xanım namizəd tələb olunur
– ƏDV ödəyicisi olan şirkətdə mühasib kimi ən az 2 il iş təcrübəsi olmalı
– Vergi Məcəlləsini və mühasibat uçotu üçün digər qanunvericilik aktlarını və normativ sənədləri bilməli
– Kompüter biliyi yüksək səviyyədə (1C7.7, 1C8.3, Excel, Word, Outlook) olmalı
– İşgüzar və məsuliyyətli olmalı
– İşlərin səliqəsinə diqqət yetirməli

Vakansiyaya müraciət üçün CV-nizi  “Mühasib-kassir” başlığı ilə  [email protected]  e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Şirkət haqqında

Qartal Tikinti Firmasının əsas fəaliyyət növü telekommunikasiya obyektlərinin tikintisi, hərbi obyektlərin tikintisi, radar izləmə sistemlərinin tikintisi, radio-quraşdırma və digər tikinti – quraşdırma işləridir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]