İri holdinqə aparıcı iqtisadçı tələb olunur

İqtisadçı


İşəgötürən: PAŞA Holdinq

Vakansiya: Aparıcı iqtisadçı

Son tarix: 15 Aprel 2022

PASHA Holdinq Makroiqtisadi Araşdırmalar departamenti daxilində Aparıcı iqdisadçı vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

-Fəaliyyət göstərilən ölkələrdə (Azərbaycan, Gürcüstan, Türkiyə) mütəmadi olaraq iqtisadi və maliyyə təhlilinin həyata keçirilməsi;

-Korporativ mərkəz və strateji aktivlərin artan tələbatını ödəmək üçün yeni məlumat mənbələrinə çıxış əldə etmək, Big Data metodlarına investisiya və onların potensialından ümumi iqtisadi və bazar təhlilində istifadə edilməsi;

-Daxili və xarici müştərilərdən gələn müxtəlif göstəricilərin proqnoz tələbinə cavab vermək üçün müvafiq modellərin qurulması və yeniləməsi;

-İFRS-9-a uyğun perspektiv təminatla bağlı metodologiyanın tətbiqində Strateji Aktivlərə dəstəyin göstərilməsi, makroölçüləşdirmə ilə bağlı metodoloji məsələlərin məlumatlandırması və aydınlaşdırılmasında ilkin əlaqələndirici şəxs;

-Tapşırığın modelləşdirmə tərəfinin təkmilləşdirilməsinə cavabdehlik, kənar auditorlarla qiymətləndirmədə və strateji aktivlərlə ünsiyyətdə aparıcı rol;

-Stress-test ssenarilərinin formalaşdırılması üçün makro və tənzimləyici triqqerlərinin müəyyən edilməsinə və müvafiq proseslərdə müəyyən edilmiş vaxt çərçivəsinə uyğun olaraq ssenarilərin kommunikasiyasında dəstək;

-Stress test prosesində makroiqtisadi və bazar triqqerlərinin müəyyən edilməsi və onların statistik modelləşdirilməsinə əhəmiyyətli töhf;

-Müvafiq proseslərdə müəyyən edilmiş vaxt çərçivəsində Stress testlərin ssenarilərinin və kommunikasiyalarının   makro və tənzimləyici amillərin müəyyən edilməsində yardımın göstərilməsi;

-Bütün maraqlı tərəflərin mövqelərinə yaxınlaşması üçün müvafiq makro və ekspert panellərinin təşkil edilməsi. Model nəticələrinin toplanması və müvafiq platformalarda müzakirəyə hazırlanması üçün birbaşa fəaliyyət;

-Növbəti ilin büdcə tərtibatı prosesi üçün makroiqtisadi və bazar məlumatlarının hazırlanmasında fəal iştirak;

-Strateji aktivlərdə müvafiq maraqlı tərəflərlə sıx əlaqələrin qurulması və proses zamanı çoxtərəfli peşəkar yardımın göstərilməsi;

-Bilik mübadiləsi sessiyalarının təşkil edilməsi, əlaqələndirilmə görüşlərdə iştirak və əməkdaşlıq üçün digər platformaların yaradılması səylərinin nümayişi ;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

-İqtisadiyyat sahəsində magistr dərəcəsi;

-Müvafiq sahədə minimum 5 il peşəkar təcrübə;

-MS Office proqramları və statistik proqnozlaşdırma proqramları üzrə mükəmməl biliklər;

-Güclü ünsiyyət bacarıqları;

-Azərbaycan və ingilis dillərinin səlis yazılı və şifahi biliyi, rus və ya türk dillərinin biliyi üstünlükür;

-Maliyyə və qeyri-maliyyə bazarları  haqqında ətraflı mlumatlılıq;

-İqtisadiyyat, ekonometrika və ya data elmi ilə bağlı təlimlərdə, proqramlarda iştirak;

Müraciət etmə qaydaları:       

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

-CV [email protected] ünvanına göndərilməlidir;

-Mövzu sətrində “Aparıcı iqtisadçı” qeyd olunmalıdır;

-CV-lər  15 aprel 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]