Xidmət mərkəzi məsləhətçisi tələb olunur
İşəgötürən – Autolux Azerbaijan LLC
İş vaxtı: 09:00 – 18:00 / Qrafik üzrə
Namizədə olan tələblər:
Avtomobil sahəsində iş təcrübəsi ;
Ali təhsil;
Rus-dili biliyi ;
İngilis-dili bilənlərə üstünlük verilə bilər;
Vəzifə öhdəlikləri:
Servisdə yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
Servis proqramları ilə işləməyi bacarmaq ( 1 C, Axapta ,Enterprise və s.);
Müştərinin tələb və suallarını diqqətlə dinləmək, xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və müştərinin xidmət ehtiyaclarını həll etməkdə lazımi xidmət göstərmək;
Xidmət və ehtiyat hissələrinin qiymətini hesablamaq və işlərin tamamlanma vaxtını bildirmək, hesabı təqdim etmək;
Hər bir tamamlanmış iş kartında yerinə yetirilmə vaxtını, qiymətlərin dəqiqliyini və məlumat aydınlığını yoxlamaq;
Planlaşdırılmış avtomobillərdə mövcud servis kampaniyalarına uyğun təmir işlərini aşkar etmək;
Planlaşdırılmış və ya planlaşdırılacaq işlər üçün lazım olan ehtiyat hissələrinin anbarda olub olmadığını yoxlamaq;
Avtomobilləri daxili prosedurlara əsasən təmirə qəbul etmək və təmirdən sonra müştəriyə təhvil vermək;
Təmirin gedişatı ilə daimi maraqlanmaq, əlavə işləri daxili prosedurlara riayət edərək müştəri ilə razılaşdırmaq;
İş sənədlərini düzgün hazırlamaq, yekun təmir sənədlər toplusunu vaxtında hazırlayıb təmir işləri bitdikdən sonra müştəriyə təhvil vermək;
Planlaşdırılmış təlimlərdə iştirak etmək;
Hər bir müştəridə servis haqda ən xoş təəsüratlar yaratmağa çalışmaq.
Tələblərə uyğun olmayan və [email protected] emailin Subject qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV – lərə baxılmayacaq.
Vakansiyalar
- 2 ay, 2 həftə, 3 gün, 8 saat, 37 dəq
- 3 ay, 2 həftə, 3 gün, 10 saat, 30 dəq
- 6 ay, 3 həftə, 1 gün, 5 saat, 15 dəq
-
7 ay, 3 gün, 46 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 1 həftə, 8 saat, 44 dəq