Agro Dairy qaraj mexaniki axtarır

Digər


İşəgötürən: Agro Dairy

Vakansiya: Qaraj Mexaniki

Son tarix: 09 sentyabr 2022

Vəzifə öhdəlikləri:

-Qaraj nəzarətçisinin verdiyi gündəlik / həftəlik iş yükünü icra edir, həm xüsusi qarajda, həm də ərazidə tələb olunan əlavə tapşırıqları və müəyyənləşdirilmiş işləri yerinə yetirir;

-Elektron və ya kağız nüsxəli kataloqlardan istifadə etməklə tələb olunan ehtiyat hissələrini müəyyən edir və ehtiyat hissələrinin anbardan buraxılması üçün onları qaraj nəzarətçisinə / anbar departamentlərinə təqdim edir. Ehtiyat hissələrini iş / avadanlıq üzrə yerləşdirir;

-Nəqliyyat vasitələrinin hissələrinin anbarda ehtiyata yığılması prosesinə dəstək verir;

-İşlək və qeyri-işlək vəziyyətdə olan nəqliyyat vasitələrinin vəziyyətini izləyir və müvafiq departamentlərə məlumat verir.

-Mövcud proqram təminatı vasitəsilə və qaraj nəzarətçisinin təqdim etdiyi məlumat əsasında nəqliyyat vasitələrinin istismar göstəricilərini və texniki xidmətini monitorinq edir;

-İllik tələb olunan ehtiyyat hissələrinin siyahısının vaxtında hazırlanmasında iştirak edir;

-Həm qeydiyyat jurnalında və iş kartında, həm də nəqliyyat vasitələrində olan “növbəti xidmət haqqında məlumat” talonlarında texniki xidmət barədə qeydlər aparır;

-Öz cavabdehliyində olan qeyri-işlək nəqliyyat vasitələri barədə həftəlik hesabatları yeniləyir və təqdim edir;

Vəzifə üçün tələblər:

-Nəqliyyat vasitələrinin istismarı üzrə peşə və ya universitet təhsili;

-Elektrik sistemləri, hidravlika və dizel / benzin yanacağı injeksiya sistemləri barədə ümumi biliklər; 

-Mexanik kimi minimum 3 il iş təcrübəsi;

-Sürücülük vəsiqəsi;

-Səlis Azərbaycan dili (əlavə dil biliyi üstünlükdür);

-MS Office proqramlarında təməl biliklər.

Əlavə məlumatlar:

-İş yeri – Hacıqabul 

Vakansiya ilə maraqlananlar 01.09.2022 tarixinə qədər CVlərini “Qaraj Mexaniki” başlığı ilə [email protected] e-mail adresinə göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]