Norm sement zavodu “ofis işləri üzrə köməkçi” axtarır
“Norm Sement” zavoduna ofis işləri üzrə köməkçi tələb olunur.
İş yeri: Şəhər ofisi
Tələblər:
– Ali bakalavr təhsili
-Əlaqədar sahədə 1-2 il iş təcrübəsi
– İngilis dilinin orta səviyyədə biliyi
– MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı
Əsas vəzifə və öhdəliklər:
– Şirkətə gələn ziyarətçi və qonaqları salamlayır, onlara yardım edir və yönləndirir
– Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul edir, yönləndirir, tələb olunduqda qeydlər aparır və aidiyyati şəxslərə çatdırır
– Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması
– Şirkət tərəfindən bağlandığı müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi
– Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi
– Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
CV-lərin təqdim olunması üçün son tarix: 05.08.22
Vakansiyalar
- 2 ay, 1 həftə, 14 saat, 32 dəq
- 3 ay, 5 gün, 16 saat, 25 dəq
- 6 ay, 1 həftə, 3 gün, 11 saat, 10 dəq
-
6 ay, 3 həftə, 1 gün, 6 saat, 41 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 5 gün, 14 saat, 39 dəq