Vakansiya: Mexanik tələb olunur

Usta


İşəgötürən: Performance Center Co

Vakansiya: Mexanik

Son tarix: 03 iyul 2022

Vəzifələr:

-Avtomobillərə texniki qulluq və təmir işinin yüksək səviyyədə  təşkili;

-Avtoservisə daxil olan avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;

-Texniki qulluq və təmir işinin texniki heyət üzrə müvafiq şəkildə bölünməsi;

-Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi;

Tələblər:

-Təhsil: Ali (bakalavr)

-Müvafiq sahə üzrə min 3 il iş təcrübəsi;

-Əməyin mühafizəsinin qayda və normalarını bilmək;

-Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq;

-Sürücülük vəsiqəsi (min “B” kateqoriyası).

İş şərtləri:

-İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək

-Əmək haqqı: 1000-1500 ₼

-AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Mexanik” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]